Polşa şirkəti Almaniyanın hava yolları şirkətini alır - RAZILIQ VERİLDİ
Almaniya Federal Rəqabət Təşkilatı (Bundeskartellamt), Almaniyanın hava yolu markası "Condor"un Polşanın hava yolu şirkəti LOT-a satışını təsdiqləyib. İki hava yolu şirkətinin bir-birini tamamladığı, bu sayədə "Condor"un Almaniya bazarında liderlik yarışında "Lufthansa" qarşısında güc qazanacağı açıqlanıb.
Polşanın hava yolu şirkəti LOT-in müflisləşən turizm şirkəti "Tomas Cook"a aid hava yolu markası "Condor"u satın almasına Almaniya Federal Rəqabət Təşkilatı (Bundeskartellamt) razılıq verib.
Marja xəbər verir ki, təşkilatın yaydığı açıqlamada, birləşmə analizi nəticəsində "Condor" və LOT-un bir-biriylə rəqabətin söz mövzusu olmadığı, çünki hər iki hava yollarının fərqli istiqamətlərə uçuşlar reallaşdırdığı vurğulanıb.
630 MİLYON AVRO ÖDƏNƏCƏK
Satış əməliyyatının Aprel ayının sonuna qədər tamamlanması gözlənilir. LOT alış üçün nə qədər ödəmə edəcəyi açıqlanmayıb.
Qeyri-rəsmi məlumata görə, "Condor"un satışı üçün Polşa şirkətinin ödəyəcəyi məbləğ kredit borcu birlikdə 630 milyon avro təşkil edəcək.
Parkında 50 təyyarə olan, təxminən 5 min adama məşğulluq təmin edən "Condor", hər il 9.5 milyona qədər sərnişini Avropa, Afrika və Amerikanın 90 fərqli nöqtəsinə daşıyır.
Polşa Maliyyə Nazirliyinin də payı olan LOT isə dünyada 120 fərqli nöqtəyə ildə təxminən 10 milyon sərnişin daşıyır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası






















