“Avrora Qrup” uşaq xərçəngi ilə mübarizə gününə qoşulub - FOTO
Hər il 15 fevral dünyada və ölkəmizdə Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur.
Bununla əlaqədar bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olaraq uşaqlara sevinc və təbəssüm bəxş etməyə çalışır.
Bu günə diqqət çəkmək, xərçəng xəstəlikli uşaqların yanında olduğunu göstərmək üçün Avrora Qrup kollektivi Uşaq Onkoloji Klinikasında müalicə alan balacaların ziyarətinə gedib. Buradakı uşaqları sevindirmək və dəstək olmaq üçün onların arzuladıqları oyuncaqlar və müxtəlif növ hədiyyələr təqdim edilib. Bundan başqa uşaqları əyləndirmək, onların əhval-ruhiyyəsini qaldımaq üçün görüşə cizgi filim personajları da dəvət olunmuşdu.
“Avrora Qrup” 2020-ci ilin korporativ sosial məsuliyyət planında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi qarşısına məqsəd qoyub. Məqsəd sosial təminatı zəif, şəhid övladları və kimsəsiz uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.
Məlumat üçün bildirək ki, “Avrora Qrup” 1993-cü ildən distribüter və dağıtım şirkəti kimi fəaliyyət göstərir. Bunla yanaşı şirkət ölkəmizdə ən böyük qida istehsalçılarından biridir. “Avrora Qrup”-a məxsus makaron fabriki, qənnadı fabriki, içkilər zavodu, un və yem istehsalı zavodu vardır. “Avrora Qrup”-a eyni zamanda ölkəmizin ən böyük marketlər şəbəkəsindən biri olan Bolmart və Grandmart supermarketləri də daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








