Nissan da istehsalı dayandırır
Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Nissan Motor” şirkəti ölkənin cənub-qərbində yerləşən zavodunu yeni koronavirus yoluxmasına görə müvəqqəti dayandıracaq.
Yaponiya KİV-ləri xəbər verir ki, şirkət həmin zavodda əsasən ixrac üçün avtomobillər istehsal edir. Zavodun fəaliyyətinin dayandırılmasının səbəbi kimi, Çində istehsal edilən ehtiyat hissələrin göndərilməsində yaranan problem göstərilir.
Bildirilir ki, şirkət Fukuokadakı zavodunun işini fevralın 14-dən 17-dək dayandıracaq. Yaponiyada yoluxma təhlükəsi ilk dəfə zavodun dayanmasına səbəb olur.
Bununla yanaşı, Çinin Pekin, Şanxay və digər şəhərlərində uzadılmış Yeni il tətillərindən sonra müəssisələrin öz fəaliyyətini bərpa etdiyi bildirilir.
Lakin ehtiyat hissələr istehsal edən zavodların işinin bərpası üçün müəyyən vaxt lazım olduğu qeyd edilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























