Azərbaycanın 8 sığorta şirkətində geriləmə - ADLARI
2019-cu ildə Azərbaycanın 22 sığorta şirkəti tərəfindən 681 milyon 177 min manat sığorta haqları toplanıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə sığorta bazarının həcmi 46 milyon 777 min manat və ya 6,4% azalıb.
Ötən il şirkətlərin sığorta ödənişləri isə 61 milyon 204 min manat və ya 25,4% artaraq 301 milyon 537 min manata yüksəlib.
2018-ci illə müqayisədə 2019-cu ildə 22 sığorta şirkətindən 8-nin hesabladığı sığorta haqları azalıb. Geriləmənin olduğu 8 şirkətdən 3-ü həyat sığortası şirkətidir. Həyat sığortası şirkətlərinin yığımlarının azalması qanunvericiliyə edilmiş dəyişikliklər ilə bağlıdır.
Belə ki, “AtaSığorta”, “Atəşgah Həyat”, “AXA MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Meqa Sığorta”, “Paşa Həyat Sığorta” və “Qala Həyat” şirkətləri ötən il 2018-ci illə müqayisədə daha az sığorta haqqı toplayıblar.
Aşağıdakı cədvəldə adları qırmızı rəng ilə göstərilmiş şirkətlərin hesabladıqları sığorta haqları azalıb. Min manat ilə.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 6 d. əvvəl
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti




















