Qlobal bazarlar ABŞ-da açıqlanacaq kritik məlumatlara fokuslandı
Bu gün qlobal bazarlara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb.
"Marja" xəbər verir ki, ABŞ-da məşğulluğun sayı inflyasiya və FED-in fai qərarları üçün mühüm əhəmiyyət daşıyır.
Yanvar ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır.
2020-ci ilin Yanvar ayında ABŞ-da məşğulluğun 160 min artacağı gözlənilir. Dekabrda məşğulluq 145 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Yanvarda 3,5% təşkil edəcəyi proqnozlaşdırılır. Dekabrda da işsizlik 3,5% təşkil etmişdi.
Həmçinin ABŞ-da saatlıq maaşların illik və aylıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın Yanvarda aylıq müqayisədə orta hesabla 0,3%, illik müqayisədə isə 3,0% artacağı gözlənilir. Dekabrda artım müvafiq olaraq 0,1% və 2,9% olmuşdu.
Fed 29 Yanvardakı iclasında faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxlamışdır. Fed 2019-cu ildə 3 dəfə faiz endirmiş və sonra “gözlə gör” mövqeyi tutduğunu açıqlamışdı.Faizlərin aşağı salınmasına baxmayaraq, ABŞ-da inflyasiya Fed-in 2% olan hədəfindən aşağı qalmaqda davam edir.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
Saat | Valyuta | Hadisə | Proqnoz | Əvvəlki |
17:30 | USD | Orta Saatlıq Maaş (İllik) (Yanvar) | 3,0% | 2,9% |
17:30 | USD | Orta Saatlıq Maaş (Aylıq) (Yanvar) | 0,3% | 0,1% |
17:30 | USD | Kənd təsərrüfatı Xarici Məşğulluq (Yanvar) | 160K | 145K |
17:30 | USD | İştirak Nisbəti (Yanvar) | 63,1% | 63,2% |
17:30 | USD | İşsizlik nisbəti | 3,5% | 3,5% |
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
























