Pensiyaya çıxmaq üçün ən şanslı və daha az şanslı rayonlar
İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda qocalanda pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şansa malik coğrafiyaların statistikasını araşdırıb.
R. Ağayev Facebook səhifəsində bildirib ki, ölkədə indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər var: “Bunlar pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.
Birinci şərt öz əlinizdə deyil – nə qədər yaşayacağınızı özünüz müəyyən edə bilmirsiniz (hər nə qədər sağlam həyat tərziniz həm də özünüzdən asılı olsa belə).
Amma yerdə qalan 2 şərtin yerinə yetirilməsi üçün təminatlı və rəsmi maaşı olan iş yerinin olması lazımdır. Beynəlxalq təcrübədə adətən əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900 nəfəri pensiya hüququnu muzdlu əməklə, ən yaxşı halda 80-100 nəfəri sahibkar (yaxud işəgötürən) statusu ilə qazanır.
Bizdə vəziyyət xeyli fərqlidir. Hazırkı statistikaya görə, ölkə üzrə rəsmi məşğul sayılan hər 1000 nəfərdən 300 nəfərinin muzdlu əmək sahibi kimi yaşa görə pensiyaya çıxmaq imkanı var.
Amma bu rəqəm ölkənin bölgələri üzrə xeyli fərqlidir. Məsələn, Bakıda əmək qabiliyyətli yaşında hər 1000 nəfərdən 614, Cəlilabadda isə 137 nəfərinin muzdlu işçi kimi maaş və əmək stajı ilə pensiya qazanmaq şansı var. Bakıda maaş və əmək stajı ilə qocalıq pensiyası almaq şansı Cəlilabada nisbətən az qala 5 dəfə çoxdur. Bu fərq rəsmi əmək müqaviləsi ilə işləyənlərin ümumi məşğulluqda nisbətinə görə yaranır.
Qrafikdə rəsmi əmək müqavilələrilə məşğulluq əmsalının ən yüksək və ən aşağı olduğu 10 rayon (şəhər) göstərilib. Bu qrafikə həm də pensiyaya çıxmaq üçün ən şanslı və daha az şanslı coğrafiyanın xəritəsi də demək olar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























