"1 manatlıq dönərlər bizim biznesi vurur, investisiyam bata bilər"
Azərbaycanda bir qədər əvvəl yaradılmış tanınmış dönər brendi olan "Əjdaha dönər" şirkətinin sahibi Doğan Tomris dövlət qurumlarını dönər sektorna nəzarəti artırmağa çağırıb.
Onun sözlərinə görə, onun şirkəti tam rəsmi işləyir, vergiləri vaxtında və tam ödəyir, ölkəyə yatırımlar edir, amma bunun müqabilində bazarda haqsız rəqabət və bir sıra problemlərlə üzləşirlər.
"Mən bilmirəm, 1 manatlıq dönər üçün əti necə və haradan alırlar, buna nəzarət varmı? Biz tam rəsmi işləyirik. Amma bu gedişlə yatırdığım investisiyaları geri ala biləcəyikmi?" - deyə D.Tomris bildirib.
İş adamı etiraf edir ki, ucuz və keyfiyyətsiz məhullar biznesə mane olur: "Mən dövlət qurumlarından soruşuram, 1 manatlıq dönərlə necə mübarizə aparaq, onlarla aramızdakı fərqi mühərilərə necə anladaq? Bu qədər vergi verib yatırım edərkən bu vəziyyət necə ola bilər?"
İş adamı bildirib ki, ölkədə françayzinq qanunlarının (brendlərdən qanunsuz istifadə) işi ilə bağlı problemi var: "Bu qanunun işləmədiyini bilirik, bununla bağlı nə edək?"
Bundan başqa, iş adamı bildirib ki, rəsmi işləyən ət təchizatçıları tapmaqda çətinlikləri var: «Biz sənədli məhsul ala bilmirik. Xüsusilə əti bak köçürməsi ilə ala bilmirik. Problem yaşayırıq. Bəzi ət istehsalçılarının qida təhlükəsizliyi sənədi olsa da, bank köçürmələri barədə sənəd verə bilmirlər, nə edək?»-deyə iş adamı vəziyyəti izah edərək kömək istəyib.
Doğan Tomris, xarici ölkələrə genişləndiriləcəyi təqdirdə biznesinə dövlət tərəfindən necə dəstək ala biləcəyini də soruşub.
"Əjdaha dönər"in sahibini digər dönər şirkəti də dəstəkləyib.
"Kasap dönər"in sahibi Məmməd Qılış da keyfiyyətsiz ətdən hazırlanan ucuz dönərlərin biznesə mane olduğunu bildirib: "Ən ucuz dönəri 4 manat verirəm. Amma 1 manat 20 qəpiklik dönərlər bizim biznesi vurur. Bunlar haradan alırlar bu ətləri, bunu kim yoxlayır? Niyə yoxlamırsınız?" deyə iş adamı rəsmi qurumları cavab verməyə çağırıb.
İş adamlarının qaldırdığı məsələyə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə münasiət bildirib.
O bildirib ki, hazırda ölkədə qida sənayesində çalışanların sayı 50 minə çatır və Agentliyin onların hamısına eyni vaxtda nəzarət etməsi fiziki cəhətdən mümkün deyil: "AQTA hər subyektin yanına öz işçisini qoya bilməz, belə hal mümkün deyil. Burada sahibkarlar da (yəni keyfiyyətsiz dönər istehsal edənlər) öz məsuliyyətini başa düşməlidir. Eləcə də istehlakçılar (yəni o dönəri alanlar) da bilməlidir ki, ətin kilosu neçəyədir və bu qiymətə verilən hər hansı qida məhsul nə qədər risklidir. İstehsalçı da artıq buna fikrini bildirməlidir".
Agentliyin sədr müavini bildirib ki, qurum belə halların aşkar edilməsi ilə bağlı hüqüq-mühafizə orqanları ilə bağlı reydlər keçirir: "bir qədər əvvəl biz ölmüş heyvanların ətindən istifadə də aşkar etmişik. Bu da öz həllini tapacaq çünki artıq bu sahə ilə bağlı normativ-hüquqi baza hazırlayırıq".
© Fed
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 27 d. əvvəl
-
41 d. əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
45 d. əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
52 d. əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
- 54 d. əvvəl
-
2 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
2 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
2 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
4500 ton dizel yanacağı Ermənistana göndərilir
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı























