Neft ölümcül virus xofu ilə ucuzlaşır
Qlobal bazarlarda neft qiymətləri düşüb.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 08:45-də Brent nefti 3,6% ucuzlaşma ilə 62,37 dollardan, ABŞ xam nefti isə 4,5% ucuzlaşma ilə 55,84 dollardan ticarət olunub.
ABŞ-ın “Goldman Sachs” investisiya bankına görə, Çində yayılan koronavirus neft və neft məhsullarına, o cümlədən aviasiyada istifadə olunan yanacağa tələbatı azaldacaq.
Bankın mütəxəssislərinin fikrincə, reaktiv yanacağa tələbatın azalması gündəlik 260 min barel ola bilər ki, bu da son nəticədə xam neftin 1 barelinin qiymətini 2,9 ABŞ dolları azalması ilə nəticələnə bilər.
Çində koronavirus, xüsusilə yüz milyonlarla Çinlinin Ay təqviminə görə Yeni İl tətili üçün həm ölkə daxilində, həm də beynəlxalq səyahətə çıxmağa hazırlaşdığı bir dövrdə ortaya çıxıb və maliyyə bazarlarında narahatlığa gətirib çıxarır. Bu virus səbəbindən səyahətlər təxirə salına və təyyarələr üçün də yanacaq alışı da azala bilər. Bu səbəbdən virus haqqında xəbərlər neft qiymətlərinə də təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















