Azərbaycan əhalisinin yeni sayı açıqlandı
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycan əhalisinin sayı 78 min 737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 60 min 194 nəfərə çatmışdır.
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olmuşdur.
Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalmışdır. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.
2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınmış və 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşmüşdür.
Ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58317 nikah və 15635 boşanma halları qeydə alınmış və 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.
2019-cu ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1861 nəfər gələn, Azərbaycandan isə 1511 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 350 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















