CİA-l imtahnına hazırlıq kursu
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi CİA-l imtahnına hazırlıq kursunu təqdim edir!
Hal-hazırda, bütün sahələrdə çalışan Daxili Audit peşəkarları üçün CIA mütləq bir tələbdir, xüsusilə də banklar, sığorta şirkətləri, investisiya fondları, şirkətlər qrupu, neft və qaz, telekommunikasiya və s. CIA daxili auditorlar üçün qəbul edilən yeganə qlobal sertifikasiyadır və daxili audtorların profesionallığını təsdiq edən standartdır. CIA sertifikatı yalnız sizin hansı biliklərə və hansı uğurlara nail olduğunuzu göstərmir, həmcinin, sizin bugünki gündə audit sahəsində olan çətinlikləri aradan qaldırmağa hazır olduğnuzu təcəssüm edir.
Təlim kimlər üçün hazırlanıb?
- “CIA Part I” imtahanına hazırlaşan namizədlər üçün.
- Daxili Audit sahəsində çalışan və professional biliklərini təkmilləşdirmək istəyənlər üçün
- Daxili audit sahəsində yeni başlayanlar üçün
- Daxili Audit sahəsinə ekvivalent sahələr üzrə təhsil alan tələbələr.
“CIA Part l” imtahanı haqqında ətraflı məlumat üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://na.theiia.org/certification/CIA-Certification/Pages/Internal-Audit-Practitioner.aspx
CIA sertifikatının əldə edilməsi dəyərli bir naliyyətdir və auditorların karyerasının istənilən mərhələsində (Daxili Audit Rəhbəri, Audit Meneceri, Auditor və risklərin idarə edilməsi əməkdaşı) professional üstünlükdür.
Bu kurs uğurla bitirənlər, “CIA Part I” imtahanına və peşəkar inkişaf üçün hazır olacaq.
Kursun başlama tarixi: 21 may 2017 - ci il
Dərs günləri: Çərşənbə və bazar günləri
Vaxt: 1) Çərşənbə günləri: 19:00-21:00
2) Bazar günləri: 10:00-12:00
Dərslər 18 həftə çərçivəsində həftədə 2 dəfə olmaqla keçiriləcəkdir. Hər dərsin müddəti 2 saat olmaqla, birinci saatın sonunda 10 dəqiqəlik fasilə ilə nəzərdə tutulub. Kursun ilk dərsi iştirakçıların özünü qiymətləndirmə testi ilə başlayaqcaq. Növbəti dərslərdə isə hər bir mövzu üzrə nəzəri biliklər verildikdən sonra, həmin sahə üzrə praktiki testlərin həll edilməsi, izahı və müzakirəsi aparılacaq. Kursun sonunda isə iştirakşıların əldə etdiyi yeni bilikləri qiymətləndirmək üçün sınaq imtahanı təşkil olunacaqdır. Təlim materialları mərkəz tərəfindən təmin olunacaqdır. Son sınaq imtahanını uğurla bitirən tələbələr müvəffəqiyyət sertifikatı ilə təmin olunacaqlar.
Kursu tədris edəcək mütəxəssis: Müslüm Rüstəmov http://www.fmtc.az/az/telimciler/47
Təlimin müddəti: 36 saat Təlimin ümumi qiyməti: 540 AZN
* Tələbələr və sayı birdən çox olan eyni şirkət nümayəndələrinə endirimlər tətbiq edilir.
Kursu bitirdikdən sonra CIA imtahanını vermək istəyən şəxslərə aşağıda qeyd edilən tələblər var:
- Magistr təhsili olanların 1 ildən artıq daxili audit vəya ona ekvivalent iş təcrübəsi
- Bakalavr təhsili olanların 2 ildən artıq daxili audit vəya ona ekvivalent iş təcrübəsi
- Orta təksildən sonra iki illik kollec təhsili olanların 5 ildən artıq daxili audit vəya ona ekvivalent iş təcrübəsi
- 7 ildən artıq daxili audit vəya ona uyğun iş təcrübəsi
“CİA Part l” imtahanına hazırlıq kursu haqqında geniş məlumat və onlayn qeydiyyat üçün: http://www.fmtc.az/az/cia-1-imtahana-hazirliq
Təlim haqqında hər hansısa sual yaranarsa bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın: (+994)12 498 16 77 (+994)70 272 99 79 (+994)55 672 99 79 [email protected] www.fmtc.az
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
9 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
10 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq























