Ötən ilin aylıq avtomobil idxalı rekordu yenilənib
2019-cu ilin yanvar-dekabr ayları ərzində (12 ayda) Azərbaycana xaricdən 47 min 710 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-dekabr dövrü ilə müqayisədə 18 min 834 ədəd və ya 65,2% çoxdur. Belə ki, ötən ilin yanvar-dekabr dövründə ölkəmizə 28 min 876 ədəd ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında 4 min 549 ədəd, Noyabrdında 4 min 531 ədəd, Dekabrında isə 7 min 722 nəqliyyat vasitəsi idxal edilib. Dekabr, 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.
O cümlədən, 2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana 43 min 56 ədəd minik avtomobilləri, 547 ədəd avtobus, 3 min 780 ədəd yük avtomobili və 227 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-dekabr dövründə ölkəmizə 26 min 147 minik avtomobili, 197 ədəd avtobus, 2 min 300 ədəd yük avtomobili və 132 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















