50,3 milyon dollarlıq "hind quşu əti" biznes planı
Azərbaycanın “Green Factory” şirkəti ölkədə hind quşu ətindən məhsulların istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.
“Layihə "Turkey farm" adlanır. “Green Factory” tərəfindən artıq hind quşu əti məhsullarının istehsalının təşkilini nəzərdə tutan biznes plan hazırlanıb. Layihə 50,3 milyon dollar dəyərində qiymətləndirilir”, - hökumətdən bildiriblər.
Müəssisənin Şəki rayonunda yaradılması planlaşdırılır.
“Hazırda şirkət layihənin maliyyələşdirilməsi məqsədilə investor axtarır. Layhənin reallaşdırlması müddəti iki ildən artıq təşkil edəcək, investisiyaların xərcinin çıxarılması 7 il müddətində qiymətləndirilir”, - hökumətdən vurğulanıb.
Hazırda “Green Factory” Azərbaycanda bağçılıq sahəsində layihələr həyata keçirir (82 hektar sahədə), 25 hektar sahədə istixana komplekslərinin yaradılmasını planlaşdırır.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















