"2 trilyon dolların 200 milyardı əridi"
Səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra bazar dəyəri 2 trilyon dolları keçən Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin dəyəri azalmağa başlayıb.
“Saudi Aramco” bazar dəyərinin üçdəikisini itirib. Buna səbəb Yaxın Şərqdə gərginliyin artmasıdır. Belə ki, şirkətin bazar dəyəri təxminən 200 milyard dollar azalıb.
Qeyd edək ki, “Saudi Aramco” IPO-dan 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 2 trilyon dollara yüksəltmişdi. Beləliklə də “Aramco” qlobal miqyasda 5 ən nəhəng neft şirkəti (“ExxonMobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP) ilə müqayisədə ən böyük bazar dəyərinə çatmışdı. Həmçinin şirkət öz dəyərinə görə “Microsoft Corp.” və “Apple Inc.” şirkətlərini geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.
“Saudi Aramco”nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib. IPO çərçivəsində institusional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib.
Beləliklə də “Aramco”nun IPO-dan əldə etdiyi gəlirlə 2014-cü ildə Çinin e-ticarət nəhəngi “Alibaba”nın Nyu-York birjasındakı IPO-dan qazandığı 21,8 milyard dollar gəlirini üstələyərək IPO-dan ən böyük gəlir əldə edən şirkət olub.
“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılıb. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.
© Azərtac
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi barədə iddialara RƏSMİ REAKSİYA
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
Ən çox oxunanlar
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb





















.jpg)


