Bu cins olduqca gəlirlidir - Çox bala və ət verir, xəstəliyə dözümlüdür
Son illər fermerlər istər iribuynuzlu, istərsə də xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasına maraq göstərirlər. Məhsuldarlığı aşağı olan cinslər daha məhsuldar heyvanlarla əvəzlənir.
Tovuzun Dönük Qırıqlı kəndində yaşayan fermer Fərhad Məmmədov da təsərrüfatını məhsuldar cins qoyunlarla əvəz edib. O, “Qaradolaq” cinsindən olan bu qoyunları artıq on ildir artırmaqla məşğuldur. Fərhad Məmmədovun sözlərinə görə, yerli qoyunlarla müqayisədə bu cins olduqca gəlirlidir.
Qış yeni girsə də, təsərrüfat sahibinin əldə etdiyi nəticələr ürəkaçandır. “Qaradolaq” qoyunları olduqca məhsuldar cinsdir. Onların həm ətini, həm də südünü satıb, qazanc götürürəm. Qoyunları 100-150 başa qədər artırıram. Daha sonra isə ehtiyac olduqca satışını təşkil edirəm. Bir ana qoyundan ildə 3 quzu götürürəm”, - deyə o bildirib.
Fermer deyir ki, yerli qoyunlardan çəkisi 10-12 kiloqram artıq olan bu heyvanların əti də şirin dadı ilə seçilir. O, ötən il təsərrüfatındakı dişi qoyunların demək olar ki, 90 faizindən bala əldə edib. Qoyunlar dölə nə qədər tez başlasa bu, fermerin xeyrinədir. Quzular isə ətlik kimi yaz aylarında satışa çıxarılacaq. Çünki payızın sonu, qışın əvvəlində doğulan quzu artıq yazın sonlarında satış üçün istənilən çəkidə olur.
Fərhad Məmmədov bayram günlərində də bu cins qoyunlarının satışını təşkil edir. “Qaradolaq” qoyunlarının bir üstün cəhəti də kökəlməyə meyilli olmasıdır. Belə ki, iki yaşlı erkək qoyun kökəlmə dövründə 100-110 kiloqram ət verə bilir. Bu cins qoyunlar adətən çöldə deyil, qapalı, tövlə şəraitində saxlanılmalıdır.
Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur. Rəngi bozumtul-ağ olan “Qaradolaq” qoyunlarının qulaqları çox qısadır. Qoçları buynuzsuzdur.
“Qaradolaq” qoyunlarının əsas xüsusiyyətlərindən biri də çox bala verməsi, əkiz doğmaya tez-tez təsadüf olunmasıdır. Hər 100 baş doğar qoyundan orta hesabla 115-120 baş quzu alınır. Yaxşı bəslənildikdə 100 qoyundan 150 bala da almaq olur. Eyni zamanda, xəstəliyə qarşı dözümlüdür. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən “Qaradolaq” qoyunları respublikamızda getdikcə daha geniş yayılmaqdadır.
Tovuzlu fermer bu il qoyunların sayını bir qədər də artırmağı planlaşdırır.
© Azərtac
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















