"İndiki şərtlər daxilində üzən məzənnəyə keçid mümkün deyil"
“İndiki şərtlər daxilində üzən məzənnəyə keçid nəinki mümkün deyil, hətta deyərdim məqsədəuyğun deyil”.
“Marja” xəbər verir ki, bu barədə “Facebook” səhifəsində tanınmış iqtisadçı ekspert Samir əLiyev yazıb.
“4 il əvvəl əhali yeni terminlə tanış oldu. Bu, sonradan yeni lətifələr üçün xammal rolunu oynayan “üzən məzənnə” idi. Termin xalqımıza o qədər doğma gəldi ki, onu digər peşə sahibləri də sevə-sevə istifadə etməyə başladı. Məsələn, tanışım olan kardioloq həkim təzyiqi tez-tez oynayan xəstələrə vəziyyəti daha aydın izah etmək üçün “sizdə üzən təzyiqdir” diaqnostik termini kəşf etdi. Qısası, xalqımız fəsadları ağır olan bu sözü yaradıcılığın bir hissəsinə çevirə bildi.
Üzən məzənnənin ağır fəsadı manatın bir gecədə dəyərini ABŞ dollarına münasibətdə 32,3% itirməsi oldu. Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Sonrakı dövrlərdə Mərkəzi Bank bu termini bir qədər redaktə edərək cəmiyyətə “tənzimlənən üzən məzənnə” kimi təqdim etdi və tam üzən məzənnəyə keçidə doğru ilk addım kimi dəyərləndirdi. Üzən məzənnəyə keçid 2016-cı ildə qəbul edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə strateji hədəflərdən birinə nail olmağın elementlərindən biri kimi qeyd edilib. Tədbirlər planında tam üzən məzənnəyə keçid 2017-ci il hədəflənsə də sonradan onun müddəti 2020-ci ilə kimi uzadıldı. Bu addım hökumətin tam üzən məzənnəyə keçidlə bağlı qərarının tələsik olmasının etirafı idi. Sonrakı dövrdə Mərkəzi Bankın rəhbərinin keçid üçün ilkin şərtlərin olmasının vacibliyini qeyd etməsi hökumətin bu qərarı düşünmədən atdığını sübut etdi. Halbuki həmin dövrdə müstəqil ekspertlər mövcud şərtlər daxilində üzən məzənnəyə keçidi mümkünsüz hesab edirdilər.
Artıq üzən məzənnəyə keçid qərarından 4 il keçib. Hələ də manatın bu rejimə keçidi ilə bağlı müzakirələr səngimir. Ekspertlərin bir qismi üzən məzənnə rejiminə keçidi indiki şəraitdə mümkünsüz saysa da, bu fikri bölüşməyənlər də var. Mən də birinci qrup ekspertlərlə həmrəyəm və hesab edirəm ki, indiki şərtlər daxilində üzən məzənnəyə keçid nəinki mümkün deyil, hətta deyərdim məqsədəuyğun deyil.
Manatın məzənnəsinin sərbəst buraxılmasına mane olan amillər hansılardır?
Bir neçə amili göstərmək olar. Əvvəla, ölkə iqtisadiyyatı diversifikasiya olunmayıb və bir mənbədən – neft gəlirlərindən asılılığı qalmaqdadır. İxracın 90-95%-i, büdcənin 60%-dən çoxu, ÜDM-in yarıya qədəri neftdən asılıdır. Bu o deməkdir ki, dünya bazarlarında neftin qiymətinin dəyişməsi milli valyutanın məzənnəsinə birbaşa təsir göstərəcək və məzənnənin volatilliyi artacaq. Yəni müəyyən dövrdə bahalaşacaq, müəyyən dövrdə ucuzlaşacaq. Qeyri-sabit məzənnə isə makroiqtisadi sabitlik üçün təhlükəlidir.
İkinci əsas səbəb ölkədə kölgə istisadiyyatının yüksək olması səbəbindən dövriyyədə qeyri-rəsmi pul kütləsinin mövcudluğudur. Məzənnədə baş verən istənilən dəyişiklik həmin vəsaitlərin valyuta bazarına axınına və spekulyasiyalara yol aça bilər. Qeyri-rəsmi pul kütləsi həm də ölkədən qeyri-rəsmi valyuta axınını şərtəndirir. Bu isə milli valyuta üçün təhlükəlidir.
Üçüncü səbəb ölkə iqtisadiyyatının idxaldan asılılığının yüksək olmasıdır. Məhz bu səbəb məzənnə dəyişikliyinin ölkə daxilində yüksək inflyasiya yaratmasına səbəb olur. Belə vəziyyətdə milli valyutanın ucuzlaşması yerli istehsalın rəqabət qabiliyyətinə ciddi təsir etmir. Çünki xam malı xaricdən alınnan yerli istehsal da devalvasiya qərarının təsiri olaraq bahalaşır.
Amillərin sayını artıqmaq da olar. Məsələn, ökəyə gələn xarici valyuta kanallarının məhdud olması, valyuta və fond bazarının demək olar ki, olmaması, dollarlaşma səviyyəsinin yüksək olması və s.
Azərbaycanla eyni dövrdə üzən məzənnəyə keçən Rusiya və Qazaxıstanda milli valyutaların məzənnələri fərqli nəticə göstərib. Məsələn, Rusiyada rubl 2019-cu ildə dollara münasibətdə 7,5% bahalaşıb və bu müddətdə məzənnə dollara nəzərən 62,4-67,2 rubl civarında dəyişib. Digər ölkə ollan Qazaxıstanda isə təngə il ərzində 0,3% ucuzlaşıb. Bu müddətdə təngənin məzənnəsi 373-390 təngə aralığında dəyişib. Nəzərə almaq lazımdır ki, Azərbaycanla müqayisədə bu ölkələrin iqtisadiyyatlarının neftdən asılılığı aşağıdır. Hətta bu ölkələr tam üzən məzənnəyə keçməyiblər və Mərkəzi Bank tərəfindən tənzimlənmə siyasəti yürüdülür.
Mərkəzi Bank məzənnəni sabit saxlamaqla bir tərəfdən idxal inflyasiyasının təsirini minimuma endirməyə, digər tərəfdən kövrək maliyyə sistemini qorumağa, xarici investisiya cəlbi üçün sabit mühit yaratmağa çalışır. İndiki dövrdə bu addım özünü doğrultsa da mövcud siyasət uzunmüddətli dövr üçün təhlükəlidir. Gələcəkdə, xüsusilə də neftin qiymətinin bədbin proqnozları fonunda indiki məzənnə siyasəti makroiqtisadi dayanıqlıq üçün fiaskoya uğraya bilər”.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
10 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
10 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
11 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib























