"Sədərək”də reyd keçirib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilib.
Belə ki, Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıb. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadlərində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
XXX
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilmiş reydlər nəticəsində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 588 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat aşkar edilərək götürülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























