“Gürcüstanla sərhəddə baş vermiş insident təxribat xarakterli deyil”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Gürcüstan sərhədində baş vermiş insidentə münasibət bildirib.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, baş vermiş insident təxribat xarakterli deyil.
"Belə insidentlər olur. Onlar təxribat xarakterli deyil. Ola bilsin müəyyən səhvlərdən belə hadisələr baş verir. Belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur. Ona görə də bu dövlətlər arası səviyyədə müzakirə olunan məsələ deyil",- X.Xələfov bildirib.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub.
Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib.
Sərhəd naryadı həyatına təhlükə yaranması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib.
Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkar olunub.
Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir.
Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləşdirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
24 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 27 d. əvvəl
-
58 d. əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı






.jpg)














