Bu gün Fed faiz qərarını açıqlayacaq
ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsi (FOMC) bu gün Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaq.
"Marja" xəbər verir ki. Fed-in, ilin son yığıncağında faizlərdə dəyişiklik etməsi gözlənilmir. Bankın nə zamana qədər gözləmədə qalacağı isə bazarlar tərəfindən maraqla izlənilir. Həmçinin qlobal bazarlar, Fed sədri Jerome Powell-in (Cerom Pauel) gələcək dövrə dair edəcəyi şərhlərə fokuslanıb.
İqtisadçılar, Fed-in gələcək 1-2 il ərzində gözləmədə qala biləcəyini, ancaq hər hansı bir mənfilik olması vəziyyətində iqtisadiyyata lazımlı dəstəyi vermək mövzusunda qapını açıq qoya biləcəyini söyləyirlər.
Bu il 3 dəfə faiz endiriminə gedən Fed, iyul ayında pul siyasəti faizini 25 bənd endirərək 2,00%-2,25%, sentyabrda yenə 25 bənd azaldaraq 1,75%-2,00%, oktyabrda da yenə 25 bənd endirimlə 1,50%-1,75% aralığına endirmişdir.
Fed sədri Jerome Powell, oktyabr ayındakı yığıncaqda faiz artıramağın uyğun olacağı zamanların gələcəyinə işarə edərək, "Fed, bu an üçün faizləri artırmağı düşünmür" ifadəsini istifadə etmişdi.
"Fed, uzun müddət gözləmədə qala bilər"
"Capital Economics"in iqtisadçısı Michael Pearce, aşağı faizlərin və yaxşılaşan makroiqtisadi göstəricilərin bundan başqa faiz endiriminə ehtiyac olmadığı mənasını verdiyini söyləyib.
Fed-in, inflyasiyanın gözləniləndən əvvəl hədəfə çatsa belə erkəndən faiz artırmaq kimi bir səhvə düşmək istəmədiyini ifadə edən Pearce, bankın uzun müddət gözləmədə qala biləcəyi proqnozunu verib.
Bankın faiz endirimini bitirdiyini iddia edən Pearce, Fed-in ən azı 2021-ci ili sonuna qədər faizləri 1,50% - 1,75% aralığında saxlaya biləcəyini söyləyib.
Pearce, son yığıncaqdan bu yana iqtisadiyyata istiqamətlənmiş risklərin azaldığını, ABŞ iqtisadiyyatının durğunluğa düşmə ehtimalının 10% azaldığını, ancaq ticarət danışqlarında vəziyyətin təkrar pozulması halında və tariflərin artırılması vəziyyətində bu nisbətin təkrar yüksələ biləcəyini qeyd edib.
ABŞ iqtisadiyyatının dönüş nöqtəsinə yaxın olduğunu ifadə edən Pearce, yumuşaq maliyyə şərtlərinin sabitliyi bəsləyə biləcəyini və iqtisadi artımın sürətlənə biləcəyini söyləyib.
"Pul siyasəti ilıq sulardadır"
"Commerzbank"ın Fed İqtisadçısı Bernd Weidensteiner də Fed-in bugün faizlərdə dəyişiklik etməyəcəyini gözləyir.
Bankın bazar ilə ünsiyyətində hər hansı bir dəyişiklik olmadığını ifadə edən Weidensteiner, iqtisadiyyatın gözlənildiyi kimi irəliləmə qeyd etdiyini söyləyib. Weidensteiner, "Pul siyasəti ilıq sulardadır" ifadəsini istifadə edib.
Oktyabr ayında reallaşan yığıncaqdan bu yana iqtisadi mühitdə hər hansı bir ciddi dəyişiklik olmadığını vurğulayan Weidensteiner, Fed-in proqnozlarında da hər hansı bir dəyişiklik baş verməyəcəyini, ancaq bankın iqtisadiyyatı dəstəkləməyə hələ də hazır olduğunu söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
49 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























