“Embawood"un satışdan gəlirləri artıb
Amma xərclərin artması “Embawood"un artan gəlirləri silib
2017-ci illə müqayisədə 2018-ci ildə “Embawood" MMC-nin (qrupun) satışdan gəlirləri 11 milyon 163 min manat və ya 30,5% artaraq cəmi 47 milyon 709 min manat təşkil edib. MMC 2017-ci ildə 36 milyon 547 min manat gəlir əldə etmişdi.
“Marja” şirkətin konsolidə edilmiş illik hesabatına istinadən xəbər verir ki, ötən il “Embawood" MMC-də satışın maya dəyəri 13 milyon 966 min manat və ya 58% artaraq 37 milyon 945 min manat təşkil edib.
Satışın maya dəyərinin artımı gəlir artımını üstələdiyindən şirkətin ümumi mənfəəti 22% azalaraq 9 milyon 764 min manata düşüb. 2017-ci ildə “Embawood"un ümumi mənfəəti 12 milyon 567 min manat təşkil etmişdi.
Eyni zamanda, ötən il “Embawood" 249 min manat sair əməliyyat və digər gəlirlər əldə edib.
Ötən il 10 milyon 13 min manat cəmi əməliyyat mənfəətindən sonra cəmi xərclər 9 milyon 604 min manat təşkil edib və nəticədə “Embawood" 2018-ci ili təxminən 410 min manat xalis mənfəət ilə başa vurub. “Embawood" 2017-ci ili 2 milyon 145 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il şirkətin xalis mənfəətinin 5,2 dəfə azalması satışın maya dəyərinin kəskin artmasından qaynaqlanıb.
31 Dekabr 2018-ci il tarixində “Embawood" MMC 75 milyon 439 min manat cəmi aktivlərə, 67 milyon 719 min manat cəmi öhdəliklərə və 7 milyon 720 min manat cəmi kapitala malik olub. Şirkət 2017-ci ilin sonunda 80 milyon 416 min manat cəmi aktivlərə, 73 milyon 186 min manat cəmi öhdəliklərə və 7 milyon 230 min manat cəmi kapitala malik idi.
Ötən ilin sonunda “Embawood" MMC 6 milyon 22 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
“Embawood" qrupuna “Embawood" MMC və onun törəmə müəssisəsi olan “Masallı Konserv Zavodu” ASC daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























