İçkilər və siqaretlərə verginin artırılması təsdiq edildi
Milli Məclis cümə günü keçirilən plenar iclasda Vergi Məcəlləsinə düzəlişləri III oxunuşda qəbul edib.
Ümumilikdə, Məcəlləyə 162 dəyişiklik daxil olunub, bunun 73-ü yeni tədbirlər və anlayışlardır.
Dəyişikliklərdən biri aksiz vergisi ilə bağlıdır. 2020-ci il yanvarın 1-dən ölkədə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına, eləcə də energetik içkilərə tətbiq olunan aksiz vergisi artacaq.
İçməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisinin 2 manatdan 3,2 manata (artım 60%), şampan şərabının hər litri üçün aksiz vergisinin 2,5 manatdan 2,6 manata (artım 4%), şərab və şərab materiallarının hər litri üçün aksiz vergisinin 0,1 manatdan 0,2 manata (artım 2 dəfə), pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün aksiz vergisinin 0,2 manatdan 0,4 manatadək (artım 2 dəfə) artırılması planlaşdırılır. Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması təklif olunur. Konyak və konyak materiallarının hər litri üçün aksiz vergisinin 6 manatdan 3,2 manatadək (azalma 36%) azaldılması təklif olunur.
O cümlədən, dəyişikliklərə əsasən, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisinin 20 manatdan 31 manata (artım 55%) çatdırılması nəzərdə tutulur. Spirtli və ya spirtsiz olmasından asılı olamayaraq energetik içkilərin hər litri üçün vahid 3,1 manat aksiz vergisi müəyyən olunub. Hazırda spirtli energetik içkilərin hər litri üçün 2 manat, spirtsiz energetik içkilərin hər litri üçün 3 manat aksiz vergisi tətbiq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI























