“Atəşgah”larda “məşəlin alovu” zəifləyib
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta və “Atəşgah Həyat” sığorta şirkətlərinin topladıqları sığorta haqları azalıb.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 10 ayında “Atəşgah Həyat” Sığorta Şirkəti tərəfindən 31 milyon 162 min manat sığorta haqları toplanıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon 972 min manat və ya 32,5% azdır. Ötən ilin 10 ayı ərzində “Atəşgah Həyat” 46 milyon 133 min manat sığorta haqları toplamışdı.
Müqayisə olunan dövrdə “Atəşgah Həyat”ın sığorta ödənişləri 2 milyon143 min manat azalaraq 10 milyon 794 min manata düşüb.
2019-cu ilin 10 ayında “Atəşgah” Sığorta Şirkəti tərəfindən 30 milyon 458 min manat sığorta haqları toplanıb, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 740 min manat və ya 2,4% azdır. Ötən ilin 10 ayı ərzində “Atəşgah” Sığorta Şirkəti 31 milyon 198 min manat sığorta haqları toplamışdı.
Müqayisə olunan dövrdə “Atəşgah” Sığorta Şirkətinin sığorta ödənişləri 454 min manat azalaraq 16 milyon 383 min manata düşüb.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















