"Hybrid" avtomobillərin gömrük rüsumundan azad edilməsi məqsədə uyğun deyil"
"Ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitəsinin mühərrikinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır".
Bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
"Bir "Lexus"a tətbiq edilən gömrük rüsumu hara, hibrid nəqliyyat vasitəsinə tətbiq edilən 1500-2000 manat hara. Yəni bu nə rüsumdur ki, son dövrlər "Dövlət Gömrük Komitəsi gətirməyə qoymur" deyirlər. Yenə deyirəm ki, DGK icraedici orqandır. Hökumət müzakirələrdə nəyi məsləhət görürsə biz onu tənzimləyirik. Amma vergitutma bazası baxımından "Hybrid" maşınları minimum həddədir. Minimal məbləğdə olan gömrük rüsumundan azad olunmasından biz söhbət edirik".
DGK rəsmisi bildirib ki, rüsumların ləğvi Komitənin qərarı ilə reallaşan məsələ deyil: "Biz bir neçə istiqamətdə təklif veririk, müzakirə olunur, qəbul olunur və ya bizə geri dönür ki, bu gün bunun zamanı deyil və ya elə bir arqument qarşımıza qoyurlar ki, biz səhv olduğumuzu, digər dövlət qurumlarının dediyinin düz olduğunu görürük".
© "Report"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat əvvəl
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















