248 mənzil güzəştlə satışa çıxarıldı - AYLIQ 129 MANATDAN ÖDƏNİŞ
Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksindəki mənzillərin növbəti güzəştli satışına start verib.
“Marja” xəbər verir ki, Yasamal Yaşayış Kompleksinin 22-27 saylı binalarındakı 248 mənzil satılacaq. Satış 25 Dekabrda başlayıb 30 Dekabrda başa çatacaq. Gözləmə qaydasında mənzillərin seçimi isə 27 Dekabrda başlayacaq 30 dekabrda başa çatacaqdır.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət portalı” (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə malik olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər.
1 otaqlı mənzilin qiyməti 29 min 925 manatdan, 2 otaqlı mənzilin qiyməti 47 min 614 manatdan, 3 otaqlı mənzilin qiyməti isə 65 min 626 manatdan başlayır.
HƏMÇİNİN OXU: GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?
Mənzillər 10% ilikin ödənişi və 4% illik faiz dərəcəsi olan 30 ilədək ipoteka ilə təklif olunur. Aylıq ödəniş 1 otaqlı mənzillər üçün 129-136 manat, 2 otaqlı mənzillər üçün 205-236 manat, 3 otaqlı mənzillər üçün isə 282 – 288 manat təşkil edir.
Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir. Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Mənzili nağd alanlara 10% endirim edilir.
570 güzəştli mənzildən 284-nün rəsmiləşdirilməsi başa çatmışdı
Bu elandan öncə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksindəki 570 mənzili satışa çıxarmışdı. 16.10.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılmışdı. Həmin mənzillərdən 2-si 18.10.2019-cu il tarixində mənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə edilmişdi.
Tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcəyi bildirilmişdi.
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə ELAN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
10 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
12 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
12 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















