Benzinin qiymətinin 3 dəfə artırılmasına etiraz davam edir
İranda benzinin qiymətinin 50% və 3 dəfə artırılmasına görə ötən cümə günü başlayan etiraz aksiyaları davam edir.
"Marja" Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, Tehran, Təbriz, Məşhəd, Ahvaz, İsfahan, Yezd, Kirman və Kereç başda olmaqla ölkə daxilində 1080 nöqtədə nümayiş təşkil edilib.
Nümayişçilər 100-dən çox bank filialını və 50-dən çox dükanı yandırıblar. Təxminən 1000 aktivist təhlükəsizlik gücləri tərəfindən həbs edilib.
Aksiyalarda nümayişçilər və təhlükəsizlik əməkdaşlarından ölən və yaralılar var.
Təbriz Universitetinin kampusunda toplanan yüzlərlə tələbə də nümayiş təşkil edərək benzin qiymət artımına etiraz edib.
İran Milli Təhlükəsizlik Yüksək Şurası, nümayişlər səbəbilə internetə girişi dayandırıb.
İran Milli Neft Məhsulları Satışı Şirkətinin daha əvvəl etdiyi açıqlamaya görə, dövlət tərəfindən subsidiya verilən (aylıq 60 litrə qədər) benzinin litrinin qiyməti 1000 tüməndən (40 qəpik) 1500 tümənə (60 qəpik) qaldırılıb. Avtomobilə bir ay ərzində 60 litrdən çox benzin alınması halında benzinin litr qiyməti isə 1000 tüməndən 3000 tümənə (1 manat 20 qəpik) qaldırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























