İcra başçısı "Holcim Azərbaycan"dan şikayət edən səhmdarları qəbul edib

Xəbər verdiyimiz kimi "Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları hüquqlarının pozulmasından və uzun illərdir dividend ödənilməməsindən şikayət edirlər. ASC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra səhmdarlar Bakıda İsveçrə səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdilər.
"Holcim Azərbaycan" ASC-nin fiziki şəxs səhmdarları dövlət qurumlarının qapılarını döyməyə başlayıblar. “Marja” xəbər verir ki, bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şikayətçiləri qəbul edib. Əldə etdiyimiz məlumata görə, İcra başçısı, fiziki şəxs səhmdarların arxasında olduğunu, onlara qarşılaşdıqları problemin həllinə kömək göstərəcəyini bildirib. Səhmdarların üzləşdikləri vəziyyət haqqında İqtisadiyyat Nazirliyi məlumatlandırılacaq, onlar məhkəmədə vəkil ilə təmin ediləcəklər.
Sabah səhmdarlar Sahil qəsəbəsində yığıncaq da keçirməyi nəzərdə tuturdular. İcra başçısı Süleyman Mikayılovun vədlərindən sonra yığıncaq təxirə salınıb.
Qeyd edək ki “Holcim Azərbaycan” ASC-nin təxminən 320 narazı fiziki şəxs səhmdarı var. Onlar şirkətin 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti hesabına paylarına uyğun dividend ödənilməsini tələb edirlər.
Qaradağ sement zavodunu idarə edən “Holcim Azərbaycan” ASC-nin ən böyük səhmdarı İsveçrənin “LafargeHolcim” şirkətidir.
“Holcim Azərbaycan” ASC 10 ilə yaxındır səhmdarlara dividend ödəmir. Dividendin ödənilməməsinə zavodun borclu olması göstərilir.
Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) alış qiyməti 5394 manatdır.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 15 d. əvvəl
-
- 23 d. əvvəl
-
29 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar
