“Azəriqaz” smart tipli sayğac quraşdırmağı dayandırdı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz” İstehsalat Birliyinə (İB) baş direktor təyin edilən Ruslan Əliyev vətəndaş narazılıqlarının aradan qaldırılması istiqamətində addımlar atmağa başlayıb.
Məlumata görə, baş direktor “İTRON” şirkətinə məxsus yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verib.
“Azəriqaz” rəhbəri tərəfindən vətəndaşlardan daxil olan müraciətlər arasında balans artırmada problemlərin yaşandığı, kartların tez-tez bloka düşdüyünə dair şikayətlərin çoxluq təşkil etdiyi, həmçinin şirkətin maliyyə durumu nəzərə alınaraq, belə bir qərar verildiyi bildirilir.
Məlum olub ki, 2018-ci ildə sifariş verilən “İTRON” şirkətinə məxsus yeni nəsil sayğaclarda həm də bir sıra problemlər meydana çıxıb. Buna görə də bir müddət əvvəl start verilən kütləvi sayğac dəyişdirilməsi dayandırılıb. Və əvvəllər istifadə edilən, vətəndaşların fasiləsiz qaz təminatında problemə səbəb olmayan mexaniki sayğacların sifariş verilməsi barədə qərar qəbul olunub.
Mexaniki sayğacların xüsusiyyətinə görə, hər hansı texniki səbəbdən abonentlərin qaz təminatı dayandırılıb yenidən bərpa edildikdə, kartın bloka düşməsi kimi problem yaranmır.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov faktı təsdiqləyib.
C.Səfərov bildirib ki, şirkətin maliyyə vəziyyəti nəzərə alınaraq, smart tipli sayğacların alışının azaldılması barədə qərar verilib:
“Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir. Hesab edirik ki, bundan sonra quraşdırılacaq mexaniki sayğaclarda hər hansı narazılıq yaranmayacaq. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmayacaq”.
C.Səfərov həmçinin qeyd edib ki, bundan sonra “İTRON” şirkətinin təklifləri də nəzərdən keçiriləcək:
“Ola bilər ki, sonrakı mərhələlərdə şirkət daha sərfəli və yeni nəsil sayğaclar təklif etsin. Təbii ki, şirkət olaraq biz bu təklifləri dəyərləndirəcəyik”.
© "Modern"
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
8 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 12 d. əvvəl
-
20 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb




















