Bank Respublika və ABA tələbələri mükafatlandırıb
(®) Bank Respublika və Azərbaycan Banklar Assosasiyasının (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru” mövzusunda “Ən yaxşı məqalə” və “Ən yaxşı video çarx” nominasiya üzrə keçirdiyi müsabiqənin qalibləri elan olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılması, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarət idi.
Sentyabrın 26-da başlayan müsabiqəyə bir çox universitet tələbələri qoşulmuşdur. Müsabiqədə iştirak üçün tələbələr tərəfindən çoxlu sayda maraqlı və kreativ işlər göndərilmişdir. Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblər ölkəmizdə “Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq forumunda pul mükafatı və diplomlarla mükafatlandırılmışdır.
Ən yaxşı məqalə:
I yer - Nicat İbrahimzadə (Azərbaycan Dövlət İqtisad Universiteti)
II yer – Yunus Babasoylu (Bakı Mühəndislik Universiteti)
II yer – Səbir Məmmədova (Azərbaycan Dillər Universiteti)
Ən yaxşı video:
I yer – Aydan Xudiyeva (Odlar Yurdu Universiteti)
I yer – Heydər Məmmədov (Bakı Dövlət Universiteti)
Qeyd. Ən yaxşı video müsabiqəsində hər iki iştirakçı I yerə layiq görülüb.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)





