"Aramco"nun ədalətli dəyəri 1.2 - 1.5 trilyon dollar arasındadır
İnvestisiyaların idarəedilməsi xidmətləri göstərən "Bernstein" şirkətinin analitiklərinin 4 Noyabr tarixli hesabatında Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun ədalətli dəyərinin 1.2 - 1.5 trilyon dollar arasında olduğu bildirilib.
"Marja" xəbər verir ki, hesabatda, qeyd edilən dəyərin sərbəst nağd vəsait axışı və mənfəət rəqəmləri əsasında ölçüdüyü qeyd edilib.
"Aramco"nun qərbin böyük neft şirkətləri ilə müqayisədə ən çox 10 - 15% yüksək dəyərlə əməliyyat görə biləcəyi qeyd edilib.
Hesabatda, "şirkətin dəyəri, qlobal neft qıtlığının yaşandığı və tələbin yüksək olduğu 15 il əvvəl 2 trilyon dollar təşkil edə bilərdi" vurğulanıb.
"Bernstein" "Aramco"nun illik xalis mənfətinin 2025-ci ildə neftin barelinin 70 dollarlıq qiyməti üzərindən 122.5 milyard dollar səviyyəsində, 60 dollar üzərindən 104.8 milyard dollar olaraq reallaşacağını gözləyir.
Dünyada neftin 10%-ni istehsal edən Səudiyyə şirkəti keçən il 111.1 milyard dollar mənfəət əldə etmişdi. Bu, "Apple", "Google", "Exxon" şirkətlərinin cəmi mənfəətlərindən çox idi.
Səudiyyə Vəliəhd Şahzadəsinə görə, "Aramco"nun dəyəri 2 trilyon dollardır. Ancaq beynəlxalq məsləhətçilərə görə, sərmayəçilər bu qiymət səviyyəsindən alış etməyə bilərlər. Bankçılara görə, "Aramco"nun dəyəri 1,6 - 1,8 trilyon dollar aralığında formalaşacaq.
"Aramco" ilkin kütləvi təklivdə məsləhət xidmətləri almaq üçün JPMorgan Chase & Co., Morgan Stanley, Goldman Sachs Group Inc., Bank of Americ Merrill Lynch, Citigroup Inc., HSBC Holdings HSBC PLC və Credit Suisse Group AG-ni seçmişdi.
İPO MÜRACİƏTİ QƏBUL EDİLİB
Səudiyyə Ərəbistanı Sərmayə Bazarı Palatası, milli neft şirkəti "Saudi Aramco"nun, səhmlərinin bir hissəsinin ilkin kütləvi təklifi (İPO) üçün müraciətini təsdiqləyib. Səhmlərin dekabr ayından etibarən ticarət olunması gözlənilir.
Palatadan verilən yazılı açıqlamada, səhmlərin ilkin kütləvi təklifi müraciətinin qəbul edildiyi; sərmayə qoymaq istəyənlər üçün şirkətin maliyyə göstəriciləri, fəaliyyətləri və rəhbərliyi haqqında əhatəli məlumatların yer alacağı hesabatların ilkin kütləvi satışdan öncə açıqlanacağı qeyd edilib.
"Saudi Aramco" yaydığı açıqlamada, beynəlxalq və ölkədaxili tələbi ölçmək üçün investorlar ilə görüşlərə 9 Noyabrda başlanacağı bildirilib. Şirkətin rəhbəri Yasir əl Rumayyan verdiyi açıqlamada, "Aramco"nun ilkin kütləvi təklifinə qlobal qurumlardan güclü tələb gözlədiklərini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
-
- 10 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 25 d. əvvəl
-
47 d. əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 50 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Ən çox oxunanlar
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma


















