Bu gün Avropa və Türkiyə faiz qərarlarını açıqlayacaq
Bu gün Avropa Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) faiz qərarlarını açıqlayacaqlar.
“Marja” xəbər verir ki, Avropa Mərkəzi Bankının faizlərdə dəyişikliyə gedəcəyi gözlənilmir. Bankın depozit faizini mənfi 0,5%-də, əsas faizi 0-da, gecəlik kreditin faiz dərəcəsini isə 0,25%-də sabit saxlayacağı proqnozlaşdırılır.
Avropa Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə 15:45-də açıqlayacaq. 16:30-da isə Bankın sədri Mario Draghinin iştirakı ilə mətbuat konfransı başlayacaq. Onun verəcəyi açıqlamaların bazarlara təsiri ola biləcəyi qeyd edilir.
AMB-dən hər hansı bir dəyişiklik gözləməyən bazarlar, idarə heyətinin üzvləri arasındakı fikir ayrılıqlarına diqqət yetirəcək və gələcəkdə edilə biləcək siyasi dəyişiklərə dair ipucları axtaracaqlar.
AMB, sentyabrdakı iclasında, depozit faizini 10 bənd salaraq faiz mənfi 0,50-yə endirmiş, 1 Noyabrdan etibarən yenidən aylıq 20 milyard avro qiymətli kağız alışı proqramına başlanacağını bildirmişdi.
Avropada iqtisadi yavaşlama yaranıb, eyni zamanda inflyasiya zəif qalmaqda davam edir. Davam edən xarici risklər və artan iqtisadi qeyri-müəyyənliklər də pul siyasətini daha da yumuşaltmağı tələb edir. Bankın dekabr ayında depozit faizini mənfi 0,80%-ə salacağı nəzərdə tutulur.
Türkiyə Mərkəzi Bankının isə faiz endirəcəyi gözlənilir. Bank əsas pul siyasəti faizini (Həftəlik repo faizi) 100 bənd azaldaraq 16,50%-dən 15,50%-ə endirəcəyi nəzərdə tutulur. Bank faiz endirməməsinin və ya proqnozdan daha çox faiz endirməsinin Türk Lirəsinin gedişini müəyyən edəcəyi bildirilir.
Türkiyə Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə 15:00-da açıqlayacaq.
Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini İyul ayı yığıncağında 425 bənd endirərək 25%-dən 19,75%-ə, Sentyabr ayı yığıncağında isə 325 bənd endirərək 19.75%-dən 16.50%-ə endirmişdir.
TCMB sədri Murat Uysal keçən ay verdiyi açıqlamada bu il nəzərdə tutduqları faiz endiriminin böyük hissəsini İyul və Sentyabrda reallaşdırdıqlarını bildirmişdi. Son dövrdə Türk Lirəsində yaşanan dalğalanma vəziyyəti qarışıq hala gətirib.
75 BƏND ENDİRİM GÖZLƏNTİSİ
Qlobal maliyyə şirkətləri "Morgan Stanley" və "Goldman Sachs" Türkiyə Mərkəzi Bankının bu həftə faizləri 75 faiz bəndi azaldaraq 16.50%-dən 15.75%-ə endirəcəyini gözləyir.
100 BƏND ENDİRİM PROQNOZU
"Standard Chartered", "JP Morgan Chase", HSBC, "Danske Bank" və "Bank of Nova Scotia" Türkiyə Mərkəzi Bankından bu həftə 100 bənd faiz endirim gözləyirlər.
DƏYİŞİKLİK GÖZLƏMƏYƏNLƏR
"Citibank", "Barclays" və ING Türkiyə Mərkəzi Bankının dəyişikliyə getməyərək pul siyasəti faizini 16.5%-də sabit saxlayacağını gözləyirlər.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
"Unıcredit" isə Türkiyə Mərkəzi Bankının faizi 150 bənd endirimlə 15% salacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)







.jpg)






