Toplanan sığorta haqları azalıb, ödənişlər artıb - PALATA YENİ GÖSTƏRİCİLƏRİ AÇIQLADI
2019-cu ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb.
“2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469.8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 175.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib”,- Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumatda deyilir.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517 mln. manat məbləğində sığorta haqları toplanıb, 169 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Beləliklə, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2019-cu ilin yanvar-avqust aylarında toplanan sığorta haqları 9,1% azalıb, sığorta ödənişləri isə 3,8% artıb.
Məlumatda qeyd edilib ki, 2019-cu ilin yanvar-avqust aylarında könüllü sığorta bazarı üzrə haqlar 315.6 mln. manat, ödənişlər isə 124.1 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 154.2 mln. manat, ödənişlər isə 51.4 mln. manat olub.
2019-cu ilin yanvar-avqust aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.2%-i könüllü, 32.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.7%-i könüllü, 29.3%-i icbari sığorta növləri hesabına formalaşıb.
"Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və ya 0.9 mln. manat), həm də icbari sığorta növlərində (7% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və ya 8.8 mln. manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və ya 4.8 mln.manat artım) üzrə olub",- məlumatda deyilir.
Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayveri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3 mln. manat artım) və daşınmaz əmlakın icbari sığortası (24% və ya 4.9 mln. manat artım) növüdür. İcbari avtomobil sığortası üzrə artım sığorta müqavilələrinin elektronlaşdırılması və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan avtonəqliyyat vasitələrinin artması (təxmini 2 dəfə) ilə əlaqədardır.
Həyat sığortası üzrə könüllü sığorta növlərinin bəzilərində azalma olsa da, sığorta sektorunun iqtisadi-sosial əhəmiyyət daşıyan növlərindən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 14% (3.9 mln. manat) artım olub.
Keçən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 mln. manat artım olub. Azalma isə tibbi sığorta (2.2 mln. manat) və yaşam sığortası (5 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.
2019-cu ilin yanvar-avqust ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 25 d. əvvəl
-
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
















