"Bir sıra banklar deputata kredit verməkdən imtina edib" - YENİ FAKTLAR
Bir neçə gündür ki, ölkə gündəmində deputat Rafael Cəbrayılovun mandat vəsiqəsini girov qoyaraq pul götürməsi müzakirə olunur.
Problemin miqyası artıq böyüyüb. YAP-çı deputat Siyavuş Novruzov bu vəziyyəti cinayət kimi qiymətləndirib. Parlamentin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev də həmkarının məsələsinə baxılacağını bildirib. Bu vəziyyətdə onun mandatından azad olunacağı da bildirilir.
Məsələnin aktual olduğu bir vaxtda Rafael Cəbrayılov haqqında araşdırma apardıq.
Bildirək ki, R. Cəbrayılov 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır). Ailəlidir, iki övladı var.
O, 2005- ci ildə ilk dəfə deputat seçilib. Sonuncu çağırışda isə 46 saylı Şirvan seçki dairəsindən deputat olub. Eyni zamanda, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Deputatın uzun illərdir ki, tikinti biznesi ilə məşğul olduğu bildirilir. Hələ 2013-cü ildən onun tikinti biznesinin batması haqqında məlumatlar yayılmışdı. Bildirilirdi ki, banklar deputatı artıq etibarlı müştəri hesab etmir. Ona görə də bir sıra banklar deputata kredit verməkdən imtina edib. Hətta “Nikoil bank”la deputat arasında məhkəmə qalmaqalı da baş tutub. Qalmaqala səbəb deputatın və qardaşlarının banka olan borclarını ödəməmələri olub. Deputat özü isə mətbuata açıqlamasında tikinti biznesiylə qardaşları Rauf və Elşən Cəbrayılovların məşğul olduğunu bildirib.
Mətbuata bir neçə dəfə ayrı-ayrı şəxslər müraciət edərək deputat tərəfindən aldadıldıqlarını iddia ediblər. Elə sonuncu qalmaqalda da onun Təranə Fətəliyevadan 300 min dollar borc alıb geri verməməsi iddia edilib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb


























