Beynəlxalq Bank NFC texnologiyasını ölkəmizə gətirdi!
(®) Ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb.
Bank VISA International beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq NFC (Near Field Communication) texnologiyası üzərindən təmassız ödəniş üsulunun tətbiqinə başlayıb.
Bu yenilik sentyabrın 10-da "Absheron Mariott" otelində keçirilən tədbirdə ölkə ictimaiyyətinə təqdim olunub. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbər şəxslərinin, həmçinin VISA-nın Qafqaz regionu üzrə direktoru Kristina Doroşun və şirkətin Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə rəqəmsal tətbiqlər direktoru Oleksandr Stelmaxın da iştirak etdiyi toplantıda NFC texnologiyasının mahiyyəti, iş prinsipləri barədə məlumat verilib.
Yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Ətraflı məlumat üçün link: https://www.ibar.az/az/individual/electronic-services/nfc-technology/
Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib:
“Azərbaycan Beynəlxalq Bankının NFC texnologiyasının tətbiqinə başlaması, inanırıq ki, müştərilərimiz tərəfindən böyük məmnunluqla qarşılanacaq. Nağdsız ödəniş infrastrukturunun inkişafına töhfə verən innovativ həllərin tətbiqini bundan sonra da davam etdirəcəyik”.
IBA Pay mobil tətbiqini yükləmək üçün link:
https://play.google.com/store/apps/details?id=mwb.iba.ac
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)
