"Kapital Bank" fərqli konsepsiyalı Lökbatan şöbəsini təqdim etdi
® Kapital Bank Kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir.
Məhz sözügedən istiqamətlə həyata keçirilən layihə çərçivəsində yeni şöbə müştərilərə təqdim edildi. Binə Ticarət Mərkəzində yerləşən Lökbatan şöbəsində xüsusi ilə kiçik və orta sahibkarlar eyni zamanda fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaqdır.
Lökbatan şöbəsində Sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcəkdir.
“Son zamanlar Kapital Bank Kiçik və orta sahibkarlara xüsusi diqqət ayırır və hətta bunun üçün bankda geniş miqyaslı layihəyə start verilmişdir. Layihə çərçivəsində müştərilərə yeni məhsulların təqdim edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, satış kanalları və satış nöqtələrinin artırılması, rəqəmsal transformasiya və bu kimi digər təşəbbüslər yer alır. Lökbatan şöbəsinin açılması da bu Layihənin Satış və xidmət nöqtələrinin artırılması təşəbbüsü çərçivəsində həyata keçirilmişdir. Yeni şöbənin açılışı ilə sahibkarların işləri asanlaşacaq və bank əməliyyatları üçün vaxt itirib, şəhər mərkəzinə gelmələrinə ehtiyac qalmayacaqdır”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Lökbatan şöbəsi, Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 3 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın “Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 d. əvvəl
-
10 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
-
- 28 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Ən çox oxunanlar
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb

























