Azərbaycanda yaşıl tütünün alış qiymətləri artırıldı
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisə olan “Azərtütün ASK” MMC və fermerlər arasında görüşlər keçirilib.
MMC-dən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, keçirilən görüşlər zamanı məhsul istehsalı ilə əlaqədar fermerlərə verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılması, xüsusi ilə də yaşıl tütünün alış qiymətinin artırılması xahiş olunub.
Qeyd olunanları nəzərə alaraq, 2019-cu ilin istehsal mövsümündə keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədi ilə “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaşıl tütünün tədarük qiymətlərinin müvafiq olaraq 1-ci sort – 1kq – 0.27 AZN; 2-ci sort - 1kq - 0.18 AZN həddində müəyyən edilməsi məqsədəuyğun hesab edilib. Yaşıl tütünün alış qiymətlərinin artırılmasına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müsbət rəy bildirilib.
“Azərtütün ASK” MMC tərəfindən 2019-cu ilin mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 ha sahədə “virciniya botaniki” növündən olan yaşıl tütünün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) ilə müqavilələr bağlanıb. Müqavilə şərlətinə görə, tədarük edilən 1 kq yaşıl tütün məhsulu üzrə 1-ci sort tütün - 0.25 AZN/kq, 2-ci sort – 0.17 AZN/kq və 3-cü sort – 0.10 AZN/kq nəzərdə tutulmuşdu.
Beləliklə, 1-ci sort tütünun alış qiyməti 2 qəpik, 2-ci sort tütünun alış qiyməti isə 1 qəpik artırılıb.
Bununla yanaşı fermerlərin dəstəklənməsi üçün “Azərtütün ASK” MMC tütün istehsalçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bütün istiqamətlər üzrə mümkün olan dəstək tədbirləri təmin edilir. Belə ki, fermerlərin toxum və gübrə tələbatı təmin edilib, “ASK” ASC-nin zəmanəti ilə hər hektar üçün 1700 azn olmaqla 181 fermerə kredit xətləri açılıb, aqrotexniki tədbirlərin görülməsinə Cəmiyyətin mövcud texniki resursları cəlb edilib, mütəxəssislər tərəfindən tütünün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə təlimlər keçirilib, yerindəcə lazımi metodiki məsləhətlər verilib, həmçinin tütünün müasir tələblərə uyğun becərilməsinə dair təlimatlar hazırlanaraq onlara təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























