Azərbaycanın innovativ ödəniş sisteminin 5 illik yubileyidir
(®) E-Pul.az onlayn ödəniş sisteminin kollektivi 5 illiyini qeyd edir.
20 avqust 2014-cü ildə E-Pul.az onlayn ödəniş sistemi istifadəçilərin ixtiyarına verilib. Bir şirkət üçün çox qısa zaman olsa da, bu qısa zaman kəsiyində sektorunun innovativ ödəniş sistemi uğurlara, ilklərə imza atıb:
- Bank olmayan təşkilat olaraq ilk dəfə Kartdan-karta xidməti;
- Avtomatik ödənişlər;
- Qafqazda ilk dəfə Masterpass sisteminə inteqrasiya;
- Azərbaycanda ilk dəfə Facebook Messenger vasitəsi ilə ödəniş BOT-u
“Paysis” MMC-nin direktoru Samir Nasibov redaksiyamıza bildirdi ki, hər bir proyekt yaranarkən qarşısına qoyduğu məqsəd və fəth olunacaq hədəflər müəyyən edilir:
"Bu gün demək olar ki, biz şirkət olaraq qarşımıza qoyduğumuz əksər məqsədlərə nail olmuşuq. Yaxın gələcəkdə məqsədlərimiz dünyanın aparıcı ödəniş sistemi ilə birgə yeni məhsul yaradaraq, əhalinin ixtiyarına yeni ödəniş üsulu təqdim etməkdir. Bu gün E-Pul.az olaraq özümüzü təsdiq etdiyimiz üçün istifadəçilərimizə təşəkkürümüz sonsuzdur. Hər bir uğurumuz onların adı ilə bağlıdır. Eləcə də, komandamızın hər bir üzvünə təşəkkürümü bildirirəm. Birgə daha böyük uğurlara imza atacağımıza əminəm".
E-Pul.az 5 illiklə əlaqədar olaraq bütün ödənişlərə 2 qat bonus təqdim edir. Kampaniya 20.08.2019-21.08.2019-cu il tarixlərini əhatə edəcək.
Qeyd edək ki, hazırda E-Pul.az ödəniş sistemində 300 000 istifadəçi 200-dən çox xidmət növündən yararlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
- 30 d. əvvəl
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























