"Finans Lizinq" zərər ilə üzləşib
2 milyon 530 min manat cəmi aktivləri olan “Finans Lizinq” 2019-cu ilin 1-ci yarısını 5863 manat zərər ilə başa vurub.
“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Finans Lizinq”in cəmi gəlirləri 91 min 587 manat cəmi xərcləri isə 97 min 423 manat təşkil edib. Xərclər gəlirləri üstələdyiyindən "Finans Lizinq" zərər ilə üzləşib.
Xəbər verdiyimiz kimi, “Finans Lizinq” ASC 2018-ci ili 53 min manat zərərlə başa vurub. Ötən il “Finans Lizinq”in faiz gəlirləri 249 min manat, faiz xərcləri 256 min manat, qeyri-faiz gəlirləri 5 manat, qeyri-faiz xərcləri isə 50 min manat təşkil etmişdi.
30 İyun 2019-cu il tarixində “Finans Lizinq” 881 min manat lizinq portfelinə malik olub. Həmçinin şirkətin debitor borclar olaraq 576 min manat alacağı var.
Şirkətin böyük hissəsi 5 fiziki şəxsə məxsusdur
“Finans Lizinq”in nizamanmə kapitalının 19%-i Şıxalızadə Tokaya, 18,4%-i Tağıyev Murğuza, 16,5%-i Cəbrayılov Azada, 12%-i Sevda İbrahimova və 12%-i Mobil Şərifova məxsusdur.
“Finanslizinq” ASC 2007-ci ilin may ayından etibarən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 28 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























