“FINCA Azerbaijan” Bakıda Mərkəz filialını açdı
“FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Bakı şəhərində Mərkəz filialının açılışını edib.
Təşkilatdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, rəsmi açılış mərasimində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib.
“FINCA Azerbaijan”ın Mərkəz filialı Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının sakinlərini, xüsusilə, ticarət, xidmət və kənd təsərrüfatı sahəsində çalışan insanları məsuliyyətli maliyyə xidmətləri ilə təmin edəcəkdir.
Açılış mərasimində çıxış edən Timoti Tarrant bunları deyib: “FINCA” ölkədə çalışan kiçik sahibkarları mikro kreditlər vasitəsilə dəstəkləməyə davam edir. Bakı şəhəri və ona yaxın yerləşən ərazilərdəki müştərilərimiz Mərkəz filialımız vasitəsilə onlara lazım olan kredit məhsullarından faydalana biləcəklər”.
Mərkəz filialı Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 16 ünvanında – Memar Əcəmi metrosunun yaxınlığında fəaliyyət göstərir.
FINCA yaxın vaxtlarda Ağdaş, Bərdə, Salyan və Lənkəranda da yeni filiallarının rəsmi açılışını həyata keçirəcək.
20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən FINCA bu müddət ərzində bir milyondan çox müştəriyə 1.2 milyard dollar həcmində mikro və kiçik sahibkarlıq kreditləri ayırmışdır. Bu, Azərbaycanın mikromaliyyə sektorunda ümumilikdə milyondan çox ailənin öz bizneslərini inkişaf etdirməsinə, maliyyə imkanlarını genişləndirməsinə və ailə gəlirlərini artırmasına yardım etmişdir. Bu kreditlər kənd təsərrüfatı sektorunda yüz minlərlə yeni iş yerlərinin yaranmasına və dayanıqlı olmasına köməklik göstərmişdir.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 45 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























