Azercell-in Rəqəmsal Dünyası bölgələrdə
(®) Azərbaycan bölgələrinə səyahət Naxçıvandan başlayır
Qlobal informasiya-kommunikasiya texnologiyalarının ən son trendlərini daha əlçatan etməyi hədəfləyərək fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell Telekom iyul-avqust aylarında “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsinə start verir. Bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.
Texnoloji dünyaya inteqrasiyanı sürətləndirmək və ölkə daxilində 4G şəbəkəsini genişləndirmək üçün təkcə son altı ayda Azercell ölkədə telekommunikasiya sənayesinin inkişafına 63 milyon manatdan artıq sərmayə yatırıb. Nəticədə, 1007 yeni LTE stansiyası quraşdırılıb və şirkətin ümumi stansiyalarının sayı 7000-i keçib.
Beləliklə, “Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının üstünlükləri ilə yanaşı, Azercell-in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış olmaq fürsəti əldə edəcəklər. Burada Azercell-in yeni rəqəmsal məhsulları olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni “Rəqəmsal dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr paylanacaq. Azercell-in təşəbbüsü ilə yaradılan “İmzanı Tanıt” sosial kampaniyasının işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial şəbəkələrdə rezonans yaratmağa müvəffəq olan “İmzanı Tanıt” çağırışı ölkəmizdə sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını özündə əks etdirir.
Bununla yanaşı, festival çərçivəsində Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları ziyarət edərək onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. Azercell uşaqlara hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.
Qeyd edək ki, şəbəkənin inkişaf etdirilməsi, o cümlədən ölkə üzrə 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi 2018-2019-cu illərdə şirkət fəaliyyətinin əsas prioriteti olmuşdur. Respublikanın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün bu dövr ərzində ölkə üzrə LTE şəbəkəsinin əhatə dairəsini 61.4% genişləndirilərək, 4G xidmətinin aktiv olduğu bölgələrin sayını 57-ə çatdırılmışdır. Bu dövr ərzində 1007 yeni stansiya qurulmuş, beləliklə də 4G stansiyalarının sayı 1667-ə çatdırılmış, 171 stansiya təkmilləşdirilmiş, Bakı və Abşeron yarımadası tamamilə 4G şəbəkəsi ilə təmin edilmişdir.
Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi Instagram və Facebook səhifələrini izləməyi unutmayın!
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir


























