Azərbaycanda könüllü sığorta 16% azalıb, icbari sığorta isə 9% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 241 milyon 793 min manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü müqayisədə 15,7% azdır.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 9,1% artaraq 119 milyon 544 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 83 milyon 269 min manat təşkil edib ki, bu da illik müqayisədə 4,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 11,3% artaraq 35 milyon 834 miln manata çatıb.
Beləliklə, 2019-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 34,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-iyun aylarında 30,4 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29,4 manatdan 30 manata qalxıb.
Həyat sığortası 25% azalıb, qeyri-həyat sığortası isə 5% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 135 milyon 390 min manat sığorta haqqı toplanılıb.Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 24,9% azdır.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 225 milyon 947 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,5% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 18,3% azalaraq 41 milyon 467 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 13,2% artaraq 77 milyon 636 min manata çatıb.
Beləliklə, 2019-cu ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 34,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-iyun aylarında müvafiq olaraq 28,2 manat və 31,7 manat olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 d. əvvəl
2026-da InvestAZ hesabını artırın , xərclərdən 100%-dək azad olun
-
- 11 d. əvvəl
-
33 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 35 d. əvvəl
-
40 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın , xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı





















