Nazirlər Kabineti “Aqrar tədarük və təchizat”ın görəcəyi işləri müəyyən edib
Nazirlər Kabinetinin 04 İyul 2019-cu il tarixli müvafiq qərarı ilə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilib.
“Marja” qərara istinadən xəbər verir ki, “Aqrar tədarük və təchizat” dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir.
Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:
-dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil edir;
-büdcə təşkilatlarının verdiyi sifarişlər üzrə Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasını həyata keçirir;
- kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir;
-yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edir, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə edir;
-ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətləri göstərir;
-kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını təşviq etmək məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılarına avanslar verir;
-kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərir;
-fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edir;
-satın alınması nəzərdə tutulan kənd təsərrüfatı və ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların fəaliyyətinin monitorinqini aparır, monitorinqin nəticələrinə uyğun olaraq Cəmiyyətin elektron portalında yerləşdirilmiş məlumatlarda dəqiqləşdirmələr aparır və bu barədə istehsalçıya məlumat verir;
-kənd təsərrüfatı və ərzaq məhsullarının tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirir;
-kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, onların təkmilləşdirilməsinə dair təkliflər verir;
-kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəz-ləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alınması prosedurlarında ortaya çıxan mübahisəli məsələləri araşdırır və qanunvericiliyin tələbləri pozulduğu hallarda tədbirlər görülməsi barədə aidiyyəti üzrə təkliflər verir;
-Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, törəmə cəmiyyətlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görür;
-Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərini həyata keçirir;
-fəaliyyət dairəsinə aid olan sahələrlə bağlı islahatların aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
-dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirləri həyata keçirir;
-kənd təsərrüfatı və ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tələbatın təklifdən artıq olan hissəsinin müvafiq qiymətlər çərçivəsində digər şəxslərdən alınması, bu mümkün olmadıqda isə idxal edilməsini, o cümlədən büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədilə ərzaq məhsullarının idxal edilməsini həyata keçirir;
-tədarük olunan ərzaq məhsullarının korlanma və məhvolmadan sığortalanmasını həyata keçirir;
-Cəmiyyətin fəaliyyəti haqqında əhalini məlumatlandırır və bu məqsədlə Cəmiyyətin internet saytını yaradır, Cəmiyyətin malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir.
Cəmiyyətin nizamnamə kapitalı 6 milyon manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 manat olan 6 milyon ədəd adi səhmdən ibarətdir.
Cəmiyyətin İdarə Heyəti Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən ibarətdir. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























