Taxıl istehsalı yarım milyon tonu keçdi
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 10-na olan operativ məlumata görə, ölkə ərazisində 181486 hektar ərazidə taxıl biçini aparılıb, 171231,7 hektar ərazidə arpa, 10254,3 hektar ərazidə buğda biçini başa çatıb.
Ümumilikdə bu günədək ölkə üzrə 528743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28645 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:
Rayon | Arpa sahəsi, ha | Biçilmiş sahə, ha | Məhsuldarlıq, s/ha |
Neftçala | 31404 | 25190 | 21,6 |
Şəki | 21626,3 | 10400 | 34 |
Biləsuvar | 14900 | 12956 | 30 |
Sabirabad | 9600 | 8213 | 38 |
Zərdab | 5730 | 4342 | 30,5 |
Yevlax | 5082,5 | 4150 | 28 |
Cəlilabad | 4509,1 | 4090 | 35,2 |
Bərdə | 2568 | 2537 | 31 |
Beyləqan | 1765 | 1426 | 26,8 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 71710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 110977,6 hektar sahə biçilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























