"Dilbaz" Atçılıq Təsərrüfatı yenidən qurulur
Ağstafa rayonunun Dilbaz Atçılıq Təsərrüfatında nadir at cinslərindən sayılan Dilbaz atları yetişdirilir.
Təsərrüfatın direktoru Səlimxan Gülalıyev bildirib ki, Dilbaz Atçılıq Təsərrüfatı 1997-ci ildən fəaliyyət göstərir. Hazırda müəssisədə 137 baş at saxlanılır, o cümlədən 28 madyan, 3 ayğır, qalanı isə müxtəlif yaş qrupundan olanlardır. Dövlət başçısının müvafiq sərəncamı ilə 2015-ci ildə Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat vəsait ayrılıb ki, bu da müəssisənin problemlərinin köklü şəkildə həllinə təkan verib.
Hazırda müəssisədə sürətli tikinti-quruculuq işləri davam etdirilir. Burada müasir at tövləsi, atları müayinə və müalicə etmək üçün stasionar baytarlıq otağı, yarışlara hazırlamaq üçün cıdır meydanı, yemlərin saxlanması üçün talvar, anbar, ofis və başqa zəruri binalar inşa edilir.
Təsərrüfat atların yemlənməsi üçün kifayət qədər yem ehtiyatına malikdir. 435 hektar əkin və 927 hektar örüş sahəsi var. Müəssisədə 12 nəfər daimi işlə təmin olunub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















