Bina tikilmədi, yüzdən artıq vətəndaş pulunu ala bilmir
"Svit Haus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialını məhkəməyə verib.
2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC, imzalanmış mənzil tikintisinə və satışına dair müqavilələr üzrə vətəndaşlar tərəfindən əvvəlcədən ödənilmiş pul vəsaitləri və şirkətin maddi vəsaiti hesabına parking yeri və 4-cü mərtəbəyə qədər qaldırılmış binanın xəbərdarlıq edilmədən sökülməsi, eləcə də, söküntü işləri başlamamışdan əvvəl binada saxlanılmış tikinti materiallarının məhv edilməsi nəticəsində, ümumilikdə 6 milyon manata yaxın pul vəsaiti vurulmuş maddi ziyanın əvəzi olaraq Türkiyə şirkətindən tutulub "Svit Haus"a ödənilməsinə dair iddia irəli sürüb.
Hazırda iş məhkəmə icraatındadır və hakim İntizar Bayramovanın sədrliyi ilə baxılır.
Tikinti şirkəti iddia ərizəsini onunla əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 5 saylı ünvanda, “Heydər Əliyev Mərkəzi”nin ön hissəsində yerləşən ərazidə inşası planlaşdırılan çoxmərtəbəli yaşayış binasında yeni mənzil almaq arzusunda olan yüzdən artıq vətəndaşla "Svit Haus" tikinti şirkəti arasında əvvəlcədən cəmiyyətin hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilərək müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə vətəndaşlar tərəfindən ödənilmiş pul vəsaitləri və şirkətin maddi imkanları hesabına 2012-ci ildə qeyd olunan ərazidə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış tikinti-layihə sənədləri əsasında çoxmərtəbəli yaşayış binasının inşasına başlanılıb və qısa müddət ərzində binanın parking yeri və 4-cü mərtəbəyə qədər qaldırılıb. Tikinti işlərinin surətlə getdiyi müddətdə, nazirliklərdən birinin və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri şirkətin həmin ərazidə yerləşən ofisinə gələrək, tikilməkdə olan yaşayış binasının gələcəkdə “Heydər Əliyev Mərkəzi”nin və “Konqres Holl”un ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədi ilə yeni layihənin təklif ediləcəyi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə qədər işlərin müvəqqəti dayandırılmasını tələb edib, ərazi müvafiq dövlət qurumu tərəfindən mühafizəyə götürülüb və işlərin davam etdirilməsinə icazə verilməyib. Dövlət orqanları tərəfindən həmin problemin həlli ilə bağlı yekun qərarın qəbul edilməsi 3 il müddət çəkib. "Svit Haus" MMC-nin rəhbərliyinin etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi müraciətlərə cavab verilməyib, məsələnin müzakirə edilməsindən daima yayınılıb. Lakin, parking yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış tikili 2016-cı ilin avqust ayının 20-dən etibarən 2-3 gün ərzində sonradan müəyyənləşdirilmiş, həmin ərazidə park salma və abadlaşdırma işləri həvalə edilmiş “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəmə qərarı olmadan, qanunsuz olaraq tamamilə sökülüb, tikinti materialları məhv edilib, torpağın altına basdırılıb.
Vətəndaşlar tərəfindən ödənilmiş və şirkətin xərclədiyi pul vəsaitlərinin qaytarılması ilə bağlı göstəriş verilsə də, bununla bağlı heç bir narahatlığa əsas olmadığı bildirilsə də sonradan kompensasiya məbləğinin verilməsindən qəti şəkildə imtina edilib.
© Report
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat sonra
-
-
2 d. əvvəl
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir
- 7 d. əvvəl
-
15 d. əvvəl
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
-
16 d. əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 23 d. əvvəl
- 38 d. əvvəl
-
14 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
eBay 800 əməkdaşını işdən azad edəcək
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Ən çox oxunanlar
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
ABB-dən 100 milyon manatlıq istiqraz
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər





















