Pekində Azərbaycan səfirliyi üçün binanın təməli qoyuldu
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi üçün paytaxt Pekində ayrılmış torpaq sahəsində inşa olunacaq binanın təməlqoyma mərasimi keçirilib.
Pekinin ən yaxşı və işgüzar hissələrindən birində, ABŞ, Fransa, İsrail, Yaponiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi “Lianmaçiao” diplomatik zonasında inşa ediləcək bina Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biri olacaq.
Binanın layihəsini hazırlayan memarlar əvvəlcədən Bakıya səfər edərək, Azərbaycanın tarixi və müasir memarlıq nümunələri ilə tanış olublar. Layihə tərtib edilərkən binanın dizayn və interyerində Azərbaycan memarlıq elementləri əksini tapıb. Müasir tələblərə cavab verəcək binada səfirlik əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılacaq.
Təməlqoyma mərasimində çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov iki xalq arasında böyük tarixi olan dostluq münasibətlərinin müasir dövrdə dövlət başçılarının siyasi iradəsi ilə bütün sahələrdə inkişaf etdiyini deyib. Möhkəm özül üzərində qurulan münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri və bu çərçivədə əldə edilmiş razılaşmalar böyük rol oynayıb. Bu xüsusda Azərbaycan Prezidentinin ötən ay Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı xüsusi qeyd olunmalıdır. Səfər zamanı iki ölkənin dövlət başçıları arasında dostluq və səmimiyyət şəraitində keçirilmiş görüşdə əldə edilmiş razılaşmalar “Bir kəmər, bir yol” çərçivəsində ölkələrimiz arasında gələcək əməkdaşlığımız üçün yeni hədəfləri müəyyən edib.
Münasibətlərimizin inkişaf dinamikasının Azərbaycanın Pekindəki səfirliyinin yeni binasının tikilməsi zərurətini yaratdığını bildirən R.Həsənov, bu binanın öz müasir memarlığı, milli çalarları və əzəməti ilə ölkəmizin Çin ilə münasibətlərinə verdiyi önəmi və əlaqalərimizin hazırkı yüksək səviyyəsini göstərəcəyini deyib. Yeni bina daha böyük nailiyyətlər əldə edilməsi üçün Azərbaycan səfirliyinin iş şəraitini və təmsilçilik imkanlarını artıracaq, eləcə də Azərbaycan-Çin dostluğunun rəmzlərindən birinə çevriləcək.
Çin xarici işlər nazirinin müavini Can Hanhuy Çin hökuməti adından əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb. Azərbaycan səfirliyi üçün binanın Pekinin ən yaxşı ərazilərindən birində ayrılmasının Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verdiyini bildirən nazir müavini xalqlarımızın dostluğunun köklərinin uzaq keçmişə gedib çıxdığını, tarixi İpək Yolunun bizim ölkələri birləşdirdiyini diqqətə çatdırıb. Hələ XIII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin gözəlini vəsf edib.
Hazırda Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini bildirən Can Hanhuy, bu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində ÇXR Sədri Si Cinpin ilə görüşündə yaxın dost olan ölkələrimizin ikitərəfli münasibətləri, onların gələcək inkişafı barədə müzakirələr apardıqlarını diqqətə çatdırıb. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ölkələrimiz arasında fəal əməkdaşlıq həyata keçirilir.
Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan hökumətinin Pekindəki səfirlik binasının inşası ilə bağlı qərarından sonra torpaq sahəsinin ayrılması, ilkin icazələrin alınması, layihə-dizayn və tikinti şirkətlərinin müəyyənləşdirilməsi, müxtəlif qurumlarla əlaqələndirmənin aparılmasına və buna bənzər onlarca məsələlərdə göstərdiyi dəstəyə görə Çin tərəfinə minnətdarlıq edib.
Mərasimdə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Azərbaycan səfirliyinin binası üçün 3000 kvadratmetr sahə ayrılıb. Binanın layihəsini “Hongshi” dizayn şirkəti hazırlayıb, inşaatı isə Pekində yaxın vaxtlarda istifadəyə veriləcək və dünyada ən böyük aeroport olacaq “Dasin” hava limanı, paytaxtın rəmzlərindən Milli Böyük Teatr da daxil olmaqla Çində həyata keçirdiyi iri tikinti işləri ilə müsbət imic qazanmış “Beijing Urban Construction Sixth Group” həyata keçirəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
5 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
6 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq






















