"Unibank" kompensasiya ödənişlərini başa çatdırdı
® Unibank KB “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının uyğun olaraq, müştərilərinə kompensasiya ödənişlərini başa çatdırıb.
Fərmanın icrasına başlanıldığı gündən indiyədək 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Proses dövründə kompensasiya alan müştərilərdən 56 994-ü öz vəsaitini kartla, 65 657 müştəri isə köçürmə ilə alıb. Ümumilikdə müştərilərə ödənilən kompensasiya vəsaitinin 52 milyon 677 min manatı kartla verilib. 12 milyon 580 min manat vəsait isə köçürmə ilə müştərilərə təqdim edilib.
Kompensasiyaların verilməsi zamanı hansısa səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin vəsaitləri isə onların bankdakı mövcud cari hesablarına köçürülüb. Bu müştərilərə SMS bildirişlər göndərilib. Həmin müştərilər istədikləri vaxt şəxsiyyət vəsiqələri ilə filiala yaxınlaşaraq, vəsaiti məxaric edə bilərlər.
Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası, ilk gündən Unibank üçün əsas prioritet məsələdir. Kompensasiya ödənişlərini bitirən bank, artıq fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başlayıb. Yaxın günlərdə restrukturizasiyaya başlanılması planlaşdırılır. Bu haqda ayrıca məlumat veriləcək və müştərilərə SMS bildirişlər göndəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























