Zakir Nuriyev: "Bugünkü hərrac sistemi effektiv çalışmır"
"Bu günədək Azərbaycan maliyyə sektorun qeyri-işlək aktivlərin dəyəri 10 mlrd manat üzərindədir. Bu bizim iqtisadiyyat üçün olduqca böyük yükdür".
Bunu Azərbaycan Banklar Asossiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu yükün ədalətli bir şəkildə həll edilməsi olduqca vacibdir.
“Bugünkü hərrac sistemi effektiv çalışmır. Bu hərrac sistemi hökmən elektron hərrac sistemi ilə əvəz edilməlidir. Bu həm şəffaflığın artırılmasına, həm də maksimum iştirakçıların müəyyən edilməsinə şərait yaradar, eyni zamanda iqtisadi dövriyyədən kənar olan real aktivlərin real dövriyyəyə cəlb olunmasına şərait yaradar. Çünki qeyd etdiyimiz 10 mlrd həcmində qeyri-işlək aktivlər həm bağlanmış bankların, həm fəaliyyətdə olan bankların balansında, eyni zamanda Beynəlxalq Bankın ötürülmüş aktivlərində mövcuddur. Hesab edirik ki, bunların daha şəffaf həll edilməsi üçün mütləq elektron hərrac sistemi yaradılmalıdır. Bu məsələyə təkcə hüquqi məsələsinin təkmilləşdirilməsi kimi deyil, həm də iqtisadi artımın elementi kimi baxmaq lazımdır. Hərracın yaradılması ilə biznesin üzərinə düşən yükün azaldılmasına nail olarıq”, - Z.Nuriyev vurğulayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
34 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
50 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
54 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























