"Aqrar sahə sığorta standartlarına cavab vermir, çox riskli sahədir"
Aqrar sahə sığorta standartlarına cavab verməlidir. Bu sahədə sığorta üçün böyük risklər mövcuddur.
Bunu sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda tətbiq edilən kənd təsərrüfatı sığortası dünya təcrübəsinə uyğunlaşdırılmalıdır:
“Hələ Sovet dövründə Azərbaycanda ən geniş tətbiq olunan sığorta növlərindən biri kənd təsərrüfatı sığortası olub. Hazırda kənd təsərrüfatı sığortası ilə məşğul olan şirkətlərin sayı olduqca azdır. Yalnız 1-2 şirkətin bu sahədə məhsulları var. Onlar fermerlərə bu sahədə müəyyən təkliflər təqdim edə bilirlər. Lakin bu aqrar sahə üçün olduqca azdır”.
Mütəxəssisin fikrincə, kənd təsərrüfatı sığortası sahəsində Azərbaycanda ciddi mütəxəssis çatışmazlığı var:
“Ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı olduğundan sığorta üçün risklər düzgün qiymətləndirilmir. Bu gün fermer təsərrüfatlarının əksəriyyəti standartlardan geridə qalırlar. Ötən illərin təcrübəsi də onu göstərir ki, Azərbaycanda fermerlərə paylanılan mal-qaranın bir hissəsi baxımsızlıqdan məhv olub. Bitkiçilik sahəsində də vəziyyət fərqli deyil. Fermerlər bir çox hallarda aqrotexniki qaydalara əməl etmirlər. Bu da ona gətirib çıxarır ki, aqrar sektor sığorta üçün olduqca riskli sahəyə çevrilir. Sığorta şirkətləri bu sahəyə maraq göstərmir”.
X.Məmmədxanlı qeyd edib ki, yeni tətbiq olunacaq aqrar sığorta modeli dünya standartlarına uyğun olmalıdır:
“Azərbaycanda tətbiq olunacaq model Türkiyə təcrübəsinə yaxın ola bilər. Bu təcrübə ondan ibarətdir ki, sığorta haqqının müəyyən bir hissəsini fermer, yerdə qalan hissəsini dövlət ödəyir. Bu, sektoru stimullaşdırır. Ancaq sığortadan öncə çalışmaq lazımdır ki, fermer təsərrüfatları standartlara cavab versin. Məsələn, bitkiçilikdə dərmanlanma, alaq otlarının təmizlənməsi, vaxtında suvarılma, heyvandarlıqda isə mal-qaranın saxlanma şəraiti, müəyyən vaksinlərin vaxtında vurulması, onların normal şəraitdə saxlanılması, otarılması və s. müvafiq tələblərə cavab verməlidir. Aqrar sahə ilk növbədə sığorta standartlarına cavab verməlidir”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
7 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
8 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























