Norm Sement Beynəlxalq Beton Konfransına ev sahibliyi edəcək
(®) Norm Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısı olub gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir.
Zavodda hazırda 5 çeşiddə sement məhsulu istehsal edilir. İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) və CEM I 52.5N markalı KLASS 1 məhsulları müvafiq olaraq qalaq və kisə şəklində satışa təqdim olunur.
Bir neçə illik istehsal təcrübəsi olmasına baxmayaraq, Norm Sement fəaliyyət müddəti ərzində yerli sement bazarı ilə yanaşı, xarici bazarlara çıxış imkanı da əldə edib. Zavod artıq illərdir ki, qonşu Gürcüstana sement və klinker məhsulları ixrac edir və digər ölkələrə ixrac imkanlarını araşdırmaqdadır.
Qeyri-neft sektorunun inkişafında əvəzsiz rolu olan Norm Sement 2019-u ildə də iqtisadi əhəmiyyətli yeniliklər etməyə davam edir. Belə ki, Azərbaycanda beton sənayesi sahəsində ilk dəfə Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans baş tutacaq.
Tədbir 100-dən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə cari ilin iyun ayının 20-si, Four Seasons otelində keçiriləcək. Tədbirdə Almaniyanın Progress Group, Rekers, Kraft Curing Systems, Ha-Be Betonchemie, Polşanın Arcen, Danimarkanın Hawkeye Pedershaab və İspaniyanın Lausanne şirkətlərinin nümayəndələri çıxış edəcəklər.
ICCX Avropanın mötəbər qurumlarından olub, 20 ilə yaxın müddət ərzində dünyanın bir çox inkişaf etmiş ölkələrində beton sahəsində beynəlxalq konfranslara təşkilatçılıq etmişdir. ICCX ticarət nişanı müasir beton istehsalı və texnologiyasının bütün aspektlərini əhatə edən konfrans və ticarət sərgisinin unikal birləşməsidir.
Norm Sementin ölkəmizdə bir ilkə imza ataraq təşkil edəcəyi beynəlxalq konfransın keçirilməsində əsas məqsəd yerli infrastruktur, mənzil tikintisi, şəhər və şəhərətrafı bölgələrdə abadlıq işləri daxil olmaqla, tikintinin bütün növləri üzrə dəmir-beton konstruksiyalardan istifadənin artırılmasını stimullaşdırmaq və Avropa təcrübəsindən faydalanmaqdır. Beləliklə, müasir beton texnologiyasında yeni tendensiyalar şəxsi tikililərdə, habelə, sənaye və kənd təsərrüfatı üçün nəzərdə tutulan layihələrdə uzunömürlü və yüksək keyfiyyətə malik beton strukturların daha geniş tətbiqinə təkan yaradacaq.
Regionun ən iri sement istehsalçısı olan Norm Sement zavodunda sementin keyfiyyətinə xüsusi diqqət yetirilir. Bu məqsədlə zavodda müasir standartlara cavab verən sement və beton laboratoriyaları yaradılmışdır. Sement laboratoriyalarında mütəmadi qaydada keyfiyyət sınaqları aparılır, məhsul nümunələrinin kimyəvi və mineraloji tərkibi təhlil edilir. Zavodun beton laboratoriyasında qüvvədə olan müvafiq standartların (AZS – Azərbaycan, EN-Avropa, ASTM-ABŞ və QOST-Rusiya) tələbləri əsasında beton doldurucularının, kimyəvi qatqıların və fərqli tətbiq sahəsinə uyğun olan müxtəlif növ betonların sınaqları aparılır, doldurucuların optimal nisbəti seçilməklə beton qarışığının tərkibi hazırlanır.
Norm şirkəti sement və beton istehsalı sahəsində beynəlxalq nüfuza malik şirkət və qurumlarla əməkdaşlığını davam etdirir. Şirkət Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür. Norm şirkətinin beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi digər qurum Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur. VDZ-nin yüksək ixtisaslı mütəxəssisləri zavoda səfərlər edərək istehsal prosesinin texniki auditini həyata keçirirlər. Norm sementlərinə VDZ tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
29 d. əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
35 d. əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
-
2 saat əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
























