"BMS Global" və "Baker Tilly Azərbaycan" əməkdaşlığa başladı
İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən məşhur “SAP SE” şirkətinin Azərbaycan üzrə qızıl tərəfdaşı olan "BMS Global" şirkəti və audit - konsaltinq sahəsində fəaliyyət göstərən "Baker Tilly Azərbaycan" şirkəti yaxın günlərdə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərinin avtomatlaşdırılması üzrə SAP məhsullarının birgə tətbiqinə dair konsaltinq xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Proqram təminatının tətbiqi maliyyə, mühasibatlıq, təchizat zənciri, HR və idarəetmə sistemlərində səmərəliliyi, şəffaflığı artırır, xərclərə qənaəti təmin edir.
“Baker Tilly”, peşəkar xidmətlər təklif edən müstəqil şirkətlərin birləşdiyi beynəlxalq auditor-konsaltinq şirkətidir. Qlobal səviyyədə "Baker Tilly" şirkəti 147 ölkədə 33,600 əməkdaşı olan illik dövriyyəsi 3.4 milyard ABŞ dolları olan bir şəbəkədir. Məcmu gəlirə əsasən, dünyada 8-ci böyük mühasibat uçotu və biznes məsləhət xidmətləri göstərən şəbəkə şirkətidir. "Baker Tilly" şirkəti Azərbaycanda 10 ildən çox fəaliyyət göstərir və 100-ə yaxın əməkdaşı var. Audit, vergi, biznes və maliyyə sahəsində məsləhət xidmətləri göstərir.
“BMS Global” şirkəti əsasən texnologiyalar üzrə profesional məsləhət xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb və 40-a yaxın əməkdaşı var. Azərbaycanın özəl və dövlət sektorunda mürəkkəb biznes proseslərinin avtomatlaşdırılması üzrə onlarla uğurlu lahiyəyə imza atan və "SAP" şirkətinin qızıl tərəfdaşı statusunu daşıyan "BMS Global" şirkəti, 14 illik təcrübəsi ilə Azərbaycanın ən iri SAP konsaltinq şirkətidir. Qeyd edək ki, SAP öz məhsulları ilə 47 ildir dünyanın 180-dən çox ölkəsində 413,000 şirkətə müvəffəqiyyətlə xidmət edir.
Ətraflı: www.bmsgl.com
+99412 480 10 27
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























