Bazarda ilk idi, amma rəqabətdə məğlub oldu - BAĞLANIR
Ani mesajlaşma proqramı Blackberry Messenger (BBM) tarix olur. BBM-ni 31 May 2019-da bağlayacağını açıqlayan "BlackBerry" şirkəti, qəmgin açıqlaması ilə bir dövrün sona çatdığını elan etdi: "BBM yolun sonuna çatdı. Ümid edirik ki, bizə dair anlarınızı unutmazsınız"
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
WhatsApp, Facebook Messenger, Telegram kimi proqramlarr həyatımızda yox ikən çox geniş istifadə edilən, ani mesajlaşma tarixinə imza atan BlackBerry Messenger (BBM) bağlanır. BlackBerry şirkəti, mesajlaşma proqramını 31 May 2019-da istifadəyə bağlayacağını açıqlayıb.
"Marja" xəbər verir ki, BlackBerry-dən verilən açıqlamada, "Bu gün, 31 May 2019-da BBM-ni bağlayacağımızı elan edirik. Bu günə qədər etdiklərimizdən qürur duyuruq. Ancaq böyük səylərimizə baxmayaraq, istifadəçilər digər platformalara keçdi, yeni istifadəçiləri cəlb etməkdə çətinlik çəkdik. "Salamat qalın" demək üçün təəssüflənməyimizə baxmayaraq, BBM yolun sonuna çatdı. Dəstəyiniz üçün minnətdarıq. Hər kəsə, xüsusilə istifadəçilərə, tərəfdaşlarımıza və çalışanlarımıza təşəkkür edirik. Ümid edirik ki, bizə dair anlarınızı unutmazsınız", - deyilir.
İLK İDİ, AMMA RƏQABƏTƏ MƏĞLUB OLDU
Hələ ilk iPhone bazarda olmayan vaxt, 1 Avqust 2005-ci il tarixində istifadəyə təqdim olunan BBM, Blackberry markalı ağıllı telefonlar ilə bərabər iPhone və Android telefonlarda da istifadə edilirdi.
Əvvəl sensor ekranlı ağıllı telefonlar ilə rəqabət edə bilməyən BlackBerry, bu son qərarla indi də ən güclü tərəfi olaraq görülən mesajlaşmadan da çəkilir. 2009-da Whatsapp-ın, 2011-də Facebook Messenger-nin, 2013-cü ildə də Telegram-ın istifadəyə verilməsilə BlackBerry Messenger bazardakı yerini itirdi.
Today we’re announcing that we will be closing BBM consumer service on 31 May 2019.
— BBM (@BBM) 18 апреля 2019 г.
Thank you for being part of the BBM consumer service experience!
For more info: https://t.co/6ofKmXFkZEpic.twitter.com/BA1XIYRhPd
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 18 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)








